"Gömrük ərazisindən kənar
əraziyə yola düşməyə hazırlaşan nəqliyyat
vasitəsinin heyət üzvlərinin, xidmətedici heyətinin,
sərnişinlərinin istifadəsi və nəqliyyat vasitəsinin
istismarı üçün ehtiyatlar hesab olunan malların
nomenklaturası, çeşidi, miqdarı və onların
gömrük rüsumlarından və vergilərdən azadolma
şərtləri"nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 324 Bakı şəhəri, 28
dekabr 2012-ci il
"Azərbaycan Respublikası
Gömrük Məcəlləsinin təsdiq edilməsi
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi
barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci
il 15 sentyabr tarixli 499 nömrəli fərmanının
1.3.3-cü yarımbəndinin icrasını təmin etmək
məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
"Gömrük
ərazisindən kənar əraziyə yola düşməyə
hazırlaşan nəqliyyat vasitəsinin heyət üzvlərinin,
xidmətedici heyətinin, sərnişinlərinin istifadəsi
və nəqliyyat vasitəsinin istismarı üçün
ehtiyatlar hesab olunan malların nomenklaturası, çeşidi,
miqdarı və onların gömrük rüsumlarından və
vergilərdən azadolma şərtləri" təsdiq
edilsin (əlavə olunur).
Artur
RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2012.- 31 dekabr.- S.3.