Gömrük
ərazisindən kənar əraziyə yola
düşməyə hazırlaşan nəqliyyat vasitəsinin
heyət üzvlərinin, xidmətedici heyətinin, sərnişinlərinin
istifadəsi və nəqliyyat vasitəsinin istismarı üçün ehtiyatlar hesab olunan malların
nomenklaturası, çeşidi, miqdarı
və onların gömrük
rüsumlarından və vergilərdən azadolma
şərtləri
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2012-ci il 28 dekabr tarixli
324 nömrəli qərarı ilə təsdiq edilmişdir
1. Ümumi müddəa
1.1. "Gömrük ərazisindən kənar əraziyə yola düşməyə hazırlaşan nəqliyyat vasitəsinin heyət üzvlərinin, xidmətedici heyətinin, sərnişinlərinin istifadəsi və nəqliyyat vasitəsinin istismarı üçün ehtiyatlar hesab olunan malların nomenklaturası, çeşidi, miqdarı və onların gömrük rüsumlarından və vergilərdən azadolma şərtləri" (bundan sonra - Şərtlər) Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 140.1-ci maddəsinə əsasən hazırlanmışdır və gömrük ərazisindən kənar əraziyə yola düşməyə hazırlaşan nəqliyyat vasitəsinin heyət üzvlərinin, xidmətedici heyətinin, sərnişinlərinin istifadəsi və nəqliyyat vasitəsinin istismarı üçün ehtiyatlar hesab olunan malların (bundan sonra - nəqliyyat vasitəsində istifadə və istismar üçün ehtiyatlar hesab olunan mallar) nomenklaturasını, çeşidini, miqdarını və onların qanunvericilikdə nəzərdə tutulmuş gömrük rüsumlarından və vergilərdən azadolma şərtlərini müəyyən edir.
2. Əsas anlayışlar
2.1.
Bu Şərtlərdə istifadə olunan əsas
anlayışlar aşağıdakı mənaları ifadə
edir:
2.1.1.
nəqliyyat vasitəsi - sərnişinlərin və yüklərin
beynəlxalq daşınması üçün istifadə
olunan hava, dəmiryol və ya dəniz nəqliyyatı vasitəsi;
2.1.2. ehtiyatlar hesab olunan mallar - hava, dəmiryol və ya dəniz nəqliyyatı vasitələrinin hərəkət zamanı istismarı və texniki təchizatı üçün lazım olan mallar (ehtiyat hissələri, avadanlıq istisna olmaqla), nəqliyyat vasitələrinin heyət üzvlərinin, xidmətedici heyətinin və sərnişinlərinin səfər zamanı ehtiyaclarının ödənilməsi üçün istifadə olunan mallar, nəqliyyat vasitələrinin xidmətedici heyəti tərəfindən nəqliyyat vasitəsinin daxilində (bortunda, vaqonunda və s.) sərnişinlərə satılması üçün nəzərdə tutulan mallar;
2.1.3.
ehtiyatlar hesab olunan mallara dair sənədlər - "Beynəlxalq
mülki aviasiya haqqında" Konvensiyanın və onun 9-cu və
15-ci əlavələrinin, "Beynəlxalq dəniz gəmiçiliyinin
asanlaşdırılması haqqında" Konvensiyanın və
onun Əlavəsinin və "Beynəlxalq dəmir yolu
yük daşımaları haqqında" Sazişin 7-ci maddəsinin
tələblərinə uyğun olaraq tərtib edilən və
nəqliyyat vasitələrində istifadə və istismar
üçün ehtiyatlar hesab olunan malların
nomenklaturasını, çeşidini və miqdarını
özündə əks etdirən "uçuş
tapşırığı", "gəmi ehtiyatları
haqqında arayış" və ya "dəmir yolu qaiməsi".
3. Nəqliyyat vasitəsində
istifadə və istismar üçün ehtiyatlar hesab olunan
malların nomenklaturası, çeşidi və miqdarı
3.1.
Nəqliyyat vasitəsində istifadə və istismar
üçün ehtiyatlar hesab olunan malların nomenklaturası
nəqliyyat vasitəsinin növündən asılı olaraq
aşağıdakılardan ibarətdir:
3.1.1. hava, dəmiryol və dəniz nəqliyyatının konstruktiv və hərəkət xüsusiyyətləri nəzərə alınmaqla, gömrük ərazisindən kənar əraziyə hərəkəti zamanı istifadə olunan və texniki təchizat üçün lazım olan mallar, o cümlədən yanacaq və sürtgü məhsulları;
3.1.2. nəqliyyat vasitəsinin heyət üzvlərinin, xidmətedici heyətinin və sərnişinlərinin qidalanması və sanitariya-gigiyenik ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan mallar;
3.1.3. səyahət zamanı sərnişinlərə nəqliyyat vasitəsinin daxilində satılması üçün nəzərdə tutulan mallar.
3.2. Bu Şərtlərin 3.1-ci bəndində nəzərdə tutulan nomenklaturaya uyğun olaraq nəqliyyat vasitəsində istifadə və istismar üçün ehtiyatlar hesab olunan malların çeşidi aşağıdakılar əsasında müəyyən edilir:
3.2.1. nəqliyyat vasitəsinin konstruktiv xüsusiyyətləri və texniki göstəriciləri;
3.2.2. nəqliyyat vasitəsində xidmətedici heyət tərəfindən sərnişinlərə göstərilən xidmət;
3.2.3. sərnişinlərin ehtiyaclarının ödənilməsi üçün satılan mallar.
3.3. Bu Şərtlərin 3.2-ci bəndində nəzərdə tutulan çeşidə uyğun olaraq, nəqliyyat vasitəsində istifadə və istismar üçün ehtiyatlar hesab olunan malların miqdarı aşağıdakılar əsasında müəyyən edilir:
3.3.1. nəqliyyat vasitəsinin hərəkəti zamanı qət olunacaq məsafənin uzunluğu və müddəti;
3.3.2.
qət olunan məsafə və müddət nəzərə
alınmaqla, heyət üzvlərinin, xidmətedici heyətin
və sərnişinlərin sayı və tələbatı.
4. Nəqliyyat
vasitəsində istifadə və istismar üçün ehtiyatlar
hesab olunan malların gömrük rüsumlarından və
vergilərdən azadolma şərtləri
4.1.
Nəqliyyat vasitəsində istifadə və istismar
üçün ehtiyatlar hesab olunan mallar onlara dair sənədlərin
gömrük orqanlarına təqdim olunması və bu Şərtlərin
3.1 3.3-cü bəndlərində göstərilən tələblərə
riayət edilməsi şərtilə gömrük
rüsumlarından və vergilərdən azad olunurlar.
5. Nəqliyyat vasitəsində
istifadə və istismar üçün ehtiyatlar hesab olunan
mallara dair sənədlərin gömrük orqanlarına təqdim
edilməsi
5.1. Gömrük nəzarətinin həyata
keçirilməsi məqsədi ilə nəqliyyat vasitəsində
istifadə və istismar üçün ehtiyatlar hesab olunan
mallara dair sənədlər gömrük orqanlarına təqdim
edilir.
5.2. Bu Şərtlərin 5.1-ci bəndində
nəzərdə tutulan
sənədlər gömrük
orqanlarına nəqliyyat
vasitəsinin yola düşdüyü zaman
təqdim edilməlidir.
Gömrük nəzarətinin asanlaşdırılması və
tezləşdirilməsi məqsədi
ilə həmin sənədlər nəqliyyat
vasitəsi yola düşməzdən əvvəl
də təqdim oluna bilər.
5.3. Gömrük nəzarəti
zamanı bu Şərtlərin 3-cü hissəsində
nəzərdə tutulan
tələblərə riayət
olunmaması barədə
kifayət qədər
əsaslar olduqda, gömrük orqanlarının
vəzifəli şəxsləri
nəqliyyat vasitəsində
istifadə və istismar üçün ehtiyatlar hesab olunan malların nomenklaturasının, çeşidinin
və miqdarının
təqdim olunmuş sənədlərə uyğunluğunu
yoxlayırlar.
5.4.
Nəqliyyat vasitəsində istifadə və istismar
üçün ehtiyatlar hesab olunan malların gömrük rəsmiləşdirilməsini
həyata keçirən gömrük orqanının vəzifəli
şəxsi gömrük nəzarətini həyata
keçirdikdən sonra onlara dair sənədləri imzası
və möhürü ilə təsdiq edir.
Azərbaycan.-2012.- 31 dekabr.- S.3.