Nazirlər Kabineti yeni qərarlar qəbul etmişdir

 

Nazirlər Kabineti yeni qərarlar qəbul etmişdir. "İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetaları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 9 iyun tarixli qərarının 7-ci hissəsinə əsasən Nazirlər Kabineti "İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının icrası üzrə 2012-ci ildə aparılacaq monitorinqin qrafiki"nin təsdiq edilməsi barədə" qərar qəbul etmişdir.

"Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli fərmanının 3.1-ci və 3.2-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları"nın və "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi"nin təsdiq edilməsi barədə" qərar qəbul etmişdir.

 

Hər iki qərar yanvarın 12-dən - imzalandığı gündən qüvvəyə minmişdir.

 

"Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti "Qiymətli və keyfiyyətli tütün istehsalı üzrə Dövlət Proqramı"nın, "Tütün istehsalçılarına dövlət himayəsinin, habelə qiymətli və keyfiyyətli tütün istehsalının stimullaşdırılmasının digər forma və şərtləri haqqında Əsasnamə"nin və "Tütününtütün məmulatının keyfiyyətinə və dövriyyəsinə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" özünün 2002-ci il 22 noyabr tarixli qərarında dəyişiklik edilməsi barədə" qərar qəbul etmişdir.

 

Qərar yanvarın 16-dan - imzalandığı gündən qüvvəyə minmişdir.

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq,  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq  Nazirlər Kabineti "Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması"nın təsdiq edilməsi barədə" özünün 2010-cu il 29 aprel tarixli qərarında dəyişikliklər edilməsi barədə" qərar qəbul etmişdir.

 

Qərar yanvarın 17-dən - imzalandığı gündən qüvvəyə minmişdir.

 

"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli  fərmanına əsasən, Maliyyə    Təhsil nazirliklərinin razılaşdırılmış təklifini nəzərə alaraq Nazirlər Kabineti özünün 2010-cu il 3 iyun tarixli  qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nda dəyişikliklər edilməsi haqqında" qərar qəbul etmişdir.

"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli  fərmanına əsasən,  Maliyyə    Təhsil nazirliklərinin razılaşdırılmış təklifini nəzərə alaraq Nazirlər Kabineti özünün 2011-ci il 13 yanvar tarixli  qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə dəyişikliklər edilməsi haqqında" qərar qəbul etmişdir.

 

Hər iki qərar yanvarın 19-dan - imzalandığı gündən qüvvəyə minmişdir.

 

"Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 14 sentyabr tarixli  Sərəncamının

2-ci hissəsinə əsasən  Nazirlər Kabineti "Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi ilə bağlı bəzi məsələlər barədə" qərar qəbul etmişdir.

"Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli  fərmanına əsasən və  Nəqliyyat Nazirliyinin  Daxili İşlər    Ədliyyə nazirlikləri ilə razılaşdırılmış təkliflərini nəzərə alaraq  Nazirlər Kabineti "Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamənin, Sürücülük vəsiqəsini almaq üçün yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə məsələləri üzrə təcrübi imtahanlara müstəqil hazırlanması qaydalarının və Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə" özünün 1999-cu il 15 mart tarixli  qərarında dəyişikliklər edilməsi haqqında" qərar qəbul etmişdir.

 

Hər iki qərar yanvarın 24-dən - imzalandığı gündən qüvvəyə minmişdir.

 

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bu qərarların tam mətni ilə Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda tanış olmaq mümkündür.

 

 

Azərbaycan.- 2012.- 2 fevral.- S.  1.