Nazirlər Kabineti Milli Qəhrəman
Riad Əhmədovun xatirəsinin əbədiləşdirilməsi
barədə qərar qəbul etmişdir
Nazirlər
Kabineti "Vətən uğrunda həlak olanların xatirəsinin
əbədiləşdirilməsi haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli fərmanına əsasən,
Təhsil Nazirliyinin və Bakı Şəhər İcra
Hakimiyyətinin təkliflərini nəzərə alaraq Azərbaycanın
Milli Qəhrəmanı Riad Fikrət oğlu Əhmədovun
xatirəsinin əbədiləşdirilməsi barədə qərar
qəbul etmişdir.
Qərara
əsasən, Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycanın
Milli Qəhrəmanı Riad Əhmədovun
yaşadığı binaya və adını
daşıdığı Bakı şəhərindəki 203
nömrəli tam orta məktəbə onun xatirə lövhəsinin
vurulmasını təmin etməlidir.
Qərar
imzalandığı gündən - fevralın 1-dən
qüvvəyə minmişdir.
Nazirlər
Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər
ki, qərarın tam mətni ilə Azərbaycan
Respublikasının Qanunvericilik Toplusunda tanış olmaq
mümkündür.
Azərbaycan.- 2012.- 2 fevral.- S. 1.