2020-ci ildə keçiriləcək Yay OlimpiyaParalimpiya Oyunları haqqında

 

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

 

Dövlət  müstəqilliyinin bərpasından sonra Azərbaycanda idmanın inkişafına böyük diqqət və qayğı göstərildiyini nəzərə alaraq, OlimpiyaParalimpiya oyunlarında Azərbaycan idmançılarının qazandıqları nailiyyətləri qeyd edərək, OlimpiyaParalimpiya hərəkatının inkişafına töhfə vermək arzusunu ifadə edərək Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin  III hissəsinə əsasən qərara alır:

1. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının və onun paytaxtı Bakı şəhərinin 2020-ci ildə keçiriləcək Yay OlimpiyaParalimpiya oyunlarına ev sahibliyi etmək uğrunda tender mərhələsində iştirakını tam dəstəkləyir.

2. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi 2020-ci ilin Yay OlimpiyaParalimpiya oyunlarının yüksək səviyyədə keçməsi üçün bütün imkanlardan istifadə etməyə hazır olduğunu bildirir.

3. Azərbaycan Respublikası Milli Məclisinin bu niyyəti barəsində Beynəlxalq Olimpiya Komitəsinin prezidenti cənab Jak Roqqeyə məlumat verilsin.

 

 

O.ƏSƏDOV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

Bakı şəhəri, 1 fevral 2012-ci il

 

Azərbaycan.- 2012.- 2 fevral.- S. 2.