AŞ PA həmməruzəçiləri Azərbaycanda demokratiyanın inkişafından məmnundurlar

 

 Fevralın 1-də Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt de MoraJozef Debono Qrex Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşüblər.

Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞ PA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Azərbaycanda həyata keçirilən demokratik, hüquqi islahatlar barədə ətraflı məlumat verib. Səməd Seyidov deyib ki, Azərbaycan monitorinq aparılan ölkələrdən biridir. Ona görə də Azərbaycan bu cür səfərlərə xüsusi əhəmiyyət verir. "Hesab edirik ki, bu cür səfərlər, görüşlər bir sıra məsələlərin həllində mühüm rol oynayacaq"- deyən S.Seyidov Azərbaycanın bu məsələdə mövqeyinin bəlli oldugunu xatırladıb.

Görüş zamanı Pedro Aqramunt de Mora Azərbaycanda həyata keçirilən islahatlardan danışıb. Qonaq görülən işləri yüksək qiymətləndirərək Azərbaycanda demokratiyanın inkişafından məmnun qaldıgını bildirib. Sonra görüşdə Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi, ikitərəfli əlaqələrin inkişafı, demokratik islahatlar və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

Azərbaycan.- 2012.- 2 fevral.- S. 2.