Azərbaycan parlamentində çoxpartiyalı
sistem bərqərar olub
Dünən Milli Məclisdə
ölkəmizdə səfərdə
olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq
Komitəsinin Azərbaycan
üzrə həmməruzəçiləri
Pedro Aqramunt de Mora və
Jozef Debono Qrexlə parlamentdə təmsil olunan siyasi partiyaların nümayəndələrinin görüşü
keçirilib.
Görüşdə çıxış
edən Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz
Qurbanlı diplomatlara Azərbaycan parlamentinin fəaliyyəti
barədə ətraflı
məlumat verib. M.Qurbanlı deyib ki, Azərbaycan
dövlət müstəqilliyi
əldə etdikdən
sonra beynəlxalq təşkilatlarla əlaqələrə
xüsusi diqqət yetirib. Eləcə də Avropa
Şurası və onun ayrı-ayrı qurumları ilə əməkdaşlıq əlaqələri
yaradılıb. Rəsmi Bakı bu əlaqələrə çox
böyük önəm
verir. 2001-ci ildən Azərbaycan Avropa Şurasının bərabərhüquqlu üzvüdür.
M.Qurbanlı diqqətə çatdırıb
ki, bu gün
Azərbaycan parlamentində
çoxpartiyalı sistem
əsasında 11 siyasi
partiya fəaliyyət
göstərir. Bu görüşə 9 partiyanın
nümayəndəsi qatılıb.
Parlamentdə siyasi partiyaların
hamısı üçün
bərabər şərait
yaradılıb.
Sonra çıxış
edən AŞ PA-nın
həmməruzəçisi Pedro Aqramunt de Mora Azərbaycanda
həyata keçirilən
demokratik, hüquqi islahatları yüksək
qiymətləndirib.
Görüşdə qarşılıqlı maraq
doğuran məsələlər
ətrafında geniş
fikir mübadiləsi aparılıb.
Azərbaycan.- 2012.- 2 fevral.- S. 2.