Fransa Senatının sədr
müavini Jan-Klod Karl:
“Tarixə qiymət verilməsi Fransa parlamentinin işi deyil”
Yeni Azərbaycan
Partiyası (YAP) Gənclər
Birliyinin üzvləri
yanvarın 19-da Fransa Senatına və ayrı-ayrılıqda hər
bir senatora müraciət göndərmişdir.
YAP-ın mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, Fransa Senatının sədr müavini Jan-Klod Karl gənclərin müraciətinə cavab məktubu göndərmişdir.
Məktubda deyilir: "Qanunla
tanınmış soyqırımıların
inkarının cəzalandırılmasını
nəzərdə tutan
qanun layihəsinin yanvarın 23-də Senatda müzakirəyə çıxarılması
ilə bağlı yazdığınız məktubunuzu
aldım və buna görə sizə təşəkkürümü
bildirirəm. Əmin ola bilərsiniz
ki, mən 3 səbəbə görə
yersiz və lazımsız hesab etdiyim həmin qanun layihəsi barədə sizin mövqeyiniz və müşahidələrinizlə böyük diqqətlə
tanış oldum. Mənə gəldikdə, öz adımdan onu deyə bilərəm ki, mən aşağıdakı
3 səbəbə görə
yersiz və lazımsız görünən
qanun mətninə səsvermədə iştirak
etməmişəm. Ən birinci,
tarixə qiymət verilməsi Fransa parlamentinin işi deyil, bu, tarixçilərdən
ibarət bir missiyanın işidir.
Mən hesab edirəm ki, məsələnin beynəlxalq səviyyəli
tarixçilər qrupu
tərəfindən araşdırılması
məqsədəuyğun olardı.
Digər
tərəfdən, hazırda
bizdə mövcud olan qanunvericilik və konstitusional baza neqasionistləri cəzalandırmağa imkan
verir. Nəhayət, Fransa parlamentinin
təcili hərəkət
etməli olduğu məsələlər yaddaş
üçün qanunların
qəbul edilməsi deyildir".
Azərbaycan.- 2012.- 2 fevral.- S. 4.