Səmərəli investisiya üçün münbit məkan

 

İlham Əliyev: "İndi Azərbaycanın iqtisadienerji siyasəti ölkənin siyasi çəkisinə transformasiya olunur"

 

Qloballaşan dünya iqtisadiyyatının inkişaf prioritetləri daha çox transmilli şirkətlərin cəmləşdiyi işgüzar çevrələrdə müəyyənləşdiyindən yanvarın 25-29-da İçveçrənin Davos şəhərində keçirilmiş ənənəvi Ümumdünya İqtisadi Forumunun analitiklər tərəfindən diqqətlə izlənməsi də təbiidir.

Sayca 42-ci toplantının ilkin yekunlarının təhlili belə göstərir ki, qeyri-rəsmi səciyyə daşıyan Davos müzakirələri kifayət qədər işgüzar və səmimi atmosferdə keçməklə beynəlxalq iqtisadi münasibətlər sisteminin tənzimlənməsi, ciddi siyasi məzmun kəsb edən qərarların qəbuluna təsirsiz ötüşməyən qlobal iqtisadi proseslərin nəzarətdə saxlanması, aparıcı dünya dövlətlərinin bir-birləri ilə iqtisadi-ticari əlaqələrinin genişləndirilməsi, nəhəng şirkətlər arasında əlaqələrə körpü salınması, qarşılıqlı sərmayələrin təşviqi baxımından yaxşı imkanlar açır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ənənəvi forumda iştirak etmək üçün yanvarın 25-də İsveçrəyə işgüzar səfərə yola düşmüşdür.

Builki toplantıda dünyanın 100-dən çox ölkəsindən 2500 nəfərdən çox nümayəndə, o cümlədən dövlət və hökumət başçıları, tanınmış şirkət və korporasiyaların, aparıcı bank-maliyyə institutlarının rəhbərləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri dörd gün ərzində səmimi şəraitdə - "qalstuksuz" görüşərək iqtisadi əməkdaşlıq üçün səmərəli mexanizmlər aradılar, investiya qoyuluşunu təşviq edən konkret təklif və ideyalar irəli sürdülər, avrozonanı təqib edən lokal böhranlarla bağlı əndişələrini bölüşdülər.

Bununla, artıq 42 ildir ki, Davos şəhəri dünya iqtisadiyyatı ilə bağlı aparılan ciddi müzakirələrə ev sahibliyi edir. Hələ 1970-ci ildə Cenevrə Universitetinin professoru Klaus Şvab (hazırda qurumun icraçı prezidentidir) Avropa dövlətlərinin rəhbərlərinin İsveçrənin dağ şəhəri olan Davosda toplanması təşəbbüsünü irəli sürür. Bu təşəbbüs əsasında dünyanın bir çox ölkələrinin başçıları 1971-ci ilin yanvar ayında qlobal biznes idarəetmə təcrübələri ilə əlaqədar məsələləri müzakirə etmək üçün Davosda toplaşırlar. Bu hadisə cənab Klaus Şvabı Avropa İdarəetmə Forumunu yaratmağa sövq edir. Təşkilatın Davosdakı illik iclası iqtisadi gündəliyi müəyyən edən qlobal sammit hesab olunur. 1977-ci ildən təşkilat ayrı-ayrı ölkələrin inkişafına yardım etmək üçün fərdi forumlar təşkil etməyə başlamışdır. Forum bu yolla bir çox perspektivli dövlətlərin dünya iqtisadiyyatına sıx inteqrasiyasına yardım göstərməyə çalışır. 1987-ci ildən isə qurum Ümumdünya İqtisadi Forumu adlandırılmış, 1988-ci ildə baş mənzil-qərargahı Davosdan Cenevrəyə köçürülmüşdür.

Ümumdünya İqtisadi Forumu (Davos Forumu) BMT-nin İqtisadiSosial Şurası (ECOSOC) yanında qeyri-hökumət təşkilatı kimi məsləhətçi statusa malikdir. Forum bugünün özündə də bəşəriyyətin üzləşdiyi mühüm problemləri müəyyənləşdirməyə yardımçı olur və onların müzakirəsi üçün iqtisadi platforma rolunu oynayır. Müstəqil fəaliyyət göstərən forumun başlıca vəzifəsi dünyanın iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün biznessosial sahədə əməkdaşlığı təmin etməkdən ibarətdir.

Azərbaycanla Ümumdünya İqtisadi Forumu arasında uzun müddətdir ki, qurulmuş əməkdaşlıq əlaqələri ildən-ilə daha da inkişaf edir. Respublikamızın yüksək vəzifəli dövlət məmurları, müxtəlif sahələr üzrə ekspertləri, elmi və özəl dairələrin nümayəndələri forum tərəfindən təşkil edilən qlobal miqyaslı tədbirlərdə müntəzəm iştirak edirlər.

Forumun beynəlxalq terrorizmlə mübarizədə həmrəylik əlaməti kimi 2002-ci ildə Davosda deyil, ABŞ-ın Nyu-York şəhərində keçirilmiş illik toplantısında ümummilli lider Heydər Əliyev iştirak etmiş, dərin məzmunlu nitqində qlobalregional məsələlərlə bağlı fikirlərini açıqlamışdır.

Davos Forumuna bir qayda olaraq iqtisadi cəhətdən inkişaf etmişyaxud özünün iqtisadi yüksəliş mərhələsini yaşayan, qlobal iqtisadi-siyasi proseslərə nüfuz imkanları ilə seçilən, beynəlxalq iqtisadi münasibətlər sistemində mühüm rol oynayan dövlətlər dəvət alırlar. Şübhəsiz, bu seçimdə toplantıya qatılaraq yeni iqtisadi əməkdaşlıq imkanları, münbit və etibarlı biznes mühiti axtaran şirkətlərin maraqları da həlledici rol oynayır. Bu baxımdan Davos Forumunda Azərbaycana olan hədsiz maraq Cənubi Qafqazın hansısa digər dövləti ilə müqayisəyə belə gəlmir. Əksinə, bu gün işğalçı siyasətindən əl çəkməməklə regiondakı sülhiqtisadi əməkdaşlıq təşəbbüslərini əyləcləyən, kənarda qaldığı qlobal əhəmiyyətli enerji-kommunikasiya layihələrinin təhlükəsizliyinə real təhdid yaradan Ermənistanın foruma dəvət almaması bu dövlətin Qərb üçün yararsızlığına dəlalət edir. Bu gün dünyanın sanballı biznes dairələri, iri şirkətləri Rusiyanın regiondakı "for-postu" qismində çıxış edən, iqtisadiyyatını bu ölkənin inhisarına vermək məcburiyyətində qalan Ermənistanda iri vəsait tələb edən layihələr həyata keçirməyi təsəvvürlərinə belə gətirmirlər.

Ermənistandan fərqli olaraq bütün sahələrdə sürətlə inkişaf edən, ümumi daxili məhsul istehsalına görə dünyada lider mövqelərə çıxan, sosial-infrastruktur baxımından yeniləşən, liberal biznes və sərmayə mühiti ilə seçilən Azərbaycan hər il Ümumdünya İqtisadi Forumuna dəvət alır. Respublikamızın dünya iqtisadi çevrələrində kifayət qədər böyük nüfuza malik olması, ciddi diqqət cəlb etməsi eyni zamanda Xəzər hövzəsində gerçəkləşdirilən mühüm enerji-kommunikasiya layihələri ilə şərtlənir. Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların daha çox qeyri-neft sektoruna, regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və münbit biznes mühitinin təmin edilməsi ölkədə həyata keçirilən iqtisadi siyasətin aparıcı xətti kimi diqqəti çəkir. İri biznes dairələrinin respublikamıza olan marağı eyni zamanda sərmayələrə dövlət səviyyəsində etibarlı təminat mexanizminin mövcudluğu ilə şərtlənir.

Üstəlik, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq fərmanı əsasında 2008-ci il yanvarın 1-dən ölkədə tətbiq olunan "vahid pəncərə" sistemi, eləcə də Dövlət İnvestisiya Şirkətinin yaradılması, xarici şirkətlərlə birgə qlobal investisiya layihələrinin reallaşdırılması imkanlarının nəzərdən keçirilməsi respublikamızın biznes cəlbediciliyini artıran mühüm amillər sırasında xüsusi vurğulana bilər.   

Azərbaycanın dövlət başçısı forumun ilk günü İsrail Prezidenti Şimon Peres və İsveçrə Prezidenti Eveline Vidmer Şlümflə görüşmüşdür. Müzakirə mövzusu ikitərəfli münasibətlərin vəziyyəti və iqtisadi, elmi tədqiqatlar, enerji, ekologiya və digər sahələrdə əməkdaşlığın perspektivləri olmuşdur.

ABŞ dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormats Azərbaycan Prezidenti ilə görüşündə evin ölkəmizdə gedən inkişaf proseslərini, xüsusilə də iqtisadiyyat və sənaye sahələrində həyata keçirilən uğurlu islahatları yüksək qiymətləndirdiyini xüsusi vurğulamış, Azərbaycanda korrupsiyaya qarşı mübarizə istiqamətində görülən tədbirlərin, eləcə də qeyri-neft sektoruna qoyulan sərmayələrin müsbət nəticələr verəcəyinə əminliyini ifadə etmişdir.

Forumda enerji təhlükəsizliyi məsələlərinin müzakirəsi zamanı bəzi qlobal problemlər önə çəkilmiş, enerji sahəsində əməkdaşlığın çoxtərəfli perspektivləri, iqlim dəyişikliyi, enerji təhlükəsizliyi və enerji daşıyıcılarının qiymətləri barədə söhbət aparılmışdır. Enerji təhlükəsizliyinin təmin olunmasında karbohidrogen ehtiyatları ilə zəngin ölkələrin, o cümlədən Azərbaycanın rolunun önə çəkilməsi Davos Forumunun ölkəmiz üçün müstəsna əhəmiyyətini bir daha önə çıxarır. Regionun əsas neft-qaz ixracatçısına çevrilmiş respublikamızın Avropanın enerji təhlükəsizliyi sahəsində gördüyü işlər yüksək qiymətləndirilmiş, bunların perspektiv inkişafa hesablanmış mühüm addım olduğu qeyd edilmişdir. Azərbaycan Prezidentinin Avstriyanın "OMV AG" şirkətinin baş icraçı direktoru Gerhard Roiss ilə görüşündə Dövlət Neft Şirkəti ilə bu ölkənin "OMV AG" şirkəti arasında əməkdaşlıq məsələləri, o cümlədən Avropa dövlətlərinin iştirakı ilə gerçəkləşdirilməsi nəzərdə tutulmuş "Nabukko" qaz kəməri layihəsinin perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.

Cənab İlham Əliyevin Davosda ikitərəfli görüşlərinin format və məzmunu çox müxtəlif oldu. İsveçrənin "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kasper Villiger, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab, "Deutsche Bank"ın Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tils və başqaları ilə işgüzar görüşlərdə mövcud əməkdaşlığın vəziyyəti nəzərdən keçirilmiş, əməkdaşlığı şaxələndirmək və münasibətlərə yeni inkişaf ahəngi vermək üçün potensial imkanlar təhlil edilmişdir.

Davosda dünya ölkələrinin dövlət və hökumət başçıları da iştirak etdiklərindən gündəliyə siyasi məsələlərin, beynəlxalq səciyyə daşıyan problemlərin müzakirəsi də daxil edilir. Azərbaycan Prezidenti görüşləri çərçivəsində Pakistanın Baş naziri Sayed Yusuf Raza Gilani, Ukrayna Prezidenti Viktor Yanukoviç, Gürcüstanın Baş naziri Nika Gilauri, Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu, Polşa Prezidenti Bronislav Komorovski, İordaniyanın Baş naziri Aun Al Xasauna ilə bir araya gəlmiş, fikir mübadilələri zamanı ölkələrimiz arasındakı iqtisadi-humanitar münasibətlərin artan səviyyəsindən məmnunluq ifadə olunmuşdur.

Forumun ikinci günü Dövlət Neft Şirkəti tərəfindən təşkil edilmiş "SOCAR-Energy of Azerbaijan" adlı təqdimat mərasimində dünyanın aparıcı şirkət və təşkilatlarının nümayəndələri iştirak etmiş, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev ölkəmizdə energetika sahəsində görülən işlər barədə məlumat vermişdir.

Respublikamızda müşahidə olunan dinamik iqtisadi tərəqqi ilə paralel şəkildə demokratik-hüquqi islahatların da dönmədən davam etdirilməsi, bu iki pozitiv təmayülün səmərəli tandemi fonunda xalqın rifah halının durmadan yaxşılaşması beynəlxalq ictimaiyyətin və maraqlı qrupların nəzər-diqqətindən heç vəchlə yayınmır. Məhz bu fəlsəfədən yanaşdıqda deyə bilərik ki, Ümumdünya İqtisadi Forumu dünyanın əsas iqtisadi güc mərkəzlərinin və fövqəl şirkətlərinin Azərbaycanla əməkdaşlığa hədsiz marağını bir daha təsdiqlədi. Belə ki, toplantının üçüncü günü Azərbaycana həsr olunmuş interaktiv sessiyanın aparıcısı Börge Brend dünyada maliyyə böhranının izlərinin hələ də yaşadığı bir dönəmdə ölkəmizin qeyri-neft sektorunda 9 faiz artıma nail olduğunu müsbət göstərici kimi təqdim edərək Azərbaycanın regiondakı geostrateji rolu, perspektivləri və investisiya mühiti ilə bağlı ətraflı məlumat verdi. Mərasim iştirakçılarına Azərbaycanın tətbiqi sənət nümunələrindən zəngin xalça kolleksiyamız və milli mətbəximizin ləziz təamları təqdim edildi.

Təqdimatda çıxış edən Prezident İlham Əliyev qonaqlara Azərbaycan haqqında, Qərblə Şərqın "təmas nöqtəsində" yerləşən ölkəmizin zəngin mədəniyyəti, regionun geosiyasi arxitekturasının fəal aktoru kimi iqtisadi qüdrəti və inkişafının potensial perspektivləri barədə ətraflı məlumat verdi. Son yeddi ildə ümumi daxili məhsulun üç dəfə artması, qoyulan sərmayələrin ümumi həcminin 110 milyard dollara yaxınlaşması, neft gəlirlərindən iqtisadiyyatın diversifikasiyası tədbirlərində səmərəli şəkildə istifadə edilməsi, sənaye, turizm və xidmət sahələrinə yatırılan sərmayələr sayəsində nəhəng infrastruktur resurslarının yaradılması barədə məlumatlar sessiya iştirakçılarını heyrətləndirməyə bilmədi.

"Biz artıq özümüzü çox gözəl sərmayə mühiti olan ölkə kimi tanıtmışıq. Azərbaycana birbaşa sərmayə axını hər hansı MDB ölkəsindən daha yüksəkdir. İqtisadiyyatın rəqabətədavamlılığı da  artmaqdadır. Davos İqtisadi Forumunun reytinqinə əsasən, Azərbaycan iqtisadiyyatın rəqabətədavamlılığına görə dünyada 55-ci, MDB-də isə birinci yerdə qərarlaşır. Bu, bizim üçün çox böyük nailiyyətdir. Belə ki, bu, bizim apardığımız şaxələndirmə siyasətinin artıq bəhrə verdiyini sübut edir" - deyən Azərbaycanın dövlət başçısı Avropanın enerji təhlükəsizliyi məsələlərində ölkəsinin oynaya biləcəyi mühüm rola da diqqət çəkdi.

Dövlətimizin başçısı Davosda keçirdiyi çoxsaylı görüşlərdə enerji sahəsində əməkdaşlıq və respublikamızda informasiya texnologiyalarının inkişaf etdirilməsi, güclü insan kapitalının formalaşdırılması məsələlərini xüsusi önə çəkmişdir. Neft amilini insan kapitalına çevirməyin vacibliyini önə çəkən dövlət başçısının səfər çərçivəsində daha çox informasiyakompyuter texnologiyaları sahəsində ixtisaslaşmış nəhəng şirkətlərin rəhbərləri ilə görüşməsi də diqqətçəkici faktdır. Bu bir daha göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamızda həyata keçirilən genişmiqyaslı islahatların qayəsində məhz insan faktoru dayanır. Dövlət başçısı ölkənin gələcəyini zəngin maddi sərvətlərdə deyil, haqlı olaraq məhz insan kapitalının formalaşmasında görürbu da cənab İlham Əliyevin dünyadakı müasir inkişaf meyillərini düzgün qiymətləndirməsindən xəbər verir.

Azərbaycanlı nazirlər Samir Şərifov, Əli Abbasov, Hüseynqulu Bağırov öz çıxışlarında diqqəti ölkədəki sosial-iqtisadi inkişaf sayəsində maliyyə sabitliyinin, bankvergi sisteminin dayanıqlılığının təmin olunduğuna, kredit reytinqinin artdığına, İKT-nin inkişafı ilə bağlı ən prioritet sahələrdən biri olan kosmik sənayenin inkişaf etdirilməsinə və bu il Azərbaycanın ilk süni peykinin orbitə çıxarılmasının planlaşdırıldığına, eləcə də ətraf mühitin qorunmasına və ekologiya sahəsində böyük işlərin aparıldığına yönəltdilər.   

Davos Forumunda ardıcıl olaraq səkkizinci dəfə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev özünün bütün cıxış və görüşlərində müasir qloballaşma dövründə dünya iqtisadiyyatının inkişaf tendensiyaları, enerji təhlükəsizliyi məsələləri ilə bağlı mövqeyini açıqladı, qlobal iqtisadi inteqrasiya proseslərində respublikamızın müstəsna yerirolundan söz açdı, müstəqilliyin ötən 20 ilində Azərbaycanda dövlət quruculuğu, demokratiyanın təmin olunması, ictimai-siyasi sabitlik, ümummilli həmrəylik məsələlərindən bəhs etdi.

Ümumiyyətlə, Davos Forumu müzakirə olunan məsələlərin aktuallığına və miqyasına görə Azərbaycan üçün əhəmiyyətli sayıla bilər. Azərbaycan Prezidenti İlham Əliyevin forum zamanı keçirdiyi görüşlər dünyanın bir sıra dövlətlərinin və aparıcı şirkətlərinin rəhbərlərinin ölkəmizin iqtisadi potensialı ilə daha yaxından tanış olması, investisiya imkanlarını, habelə əməkdaşlığın yeni forma və metodlarını nəzərdən keçirməsi baxımından maraq doğurur. Forumun yekunları ilə bağlı ən ümumi qənaət isə ondan ibarətdir ki, respublikamızın dünyanın nəhəng şirkətləri üçün investisiya cəlbediciliyi ildən-ilə artmaqdadır.

 

 

Xalid NİYAZOV

 

Azərbaycan.- 2012.-1 fevral.- S.  1, 4.