Azərbaycanın Xarici İşlər Nazirliyinin «Twitter» səhifəsi yaradılmışdır

 

 Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi "Twitter" (MFA_Press Service) səhifəsi yaradılmışdır.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, "Twitter" səhifəsində ölkənin xarici siyasətinə dair xəbərlərin, xarici işlər nazirinin keçirdiyi görüşlərin, XİN-in bəyanatlarının və məlumatların oxuculara operativ çatdırılması təmin olunacaqdır.

"Twitter" səhifəsinə (www.twit ter.com AzerbaijanMFA) link ilə daxil olmaq olar.

 

 

Azərbaycan.- 2012.-1 fevral.- S. 1.