Latviya Dövlət Arxivində Azərbaycan
nümayəndə heyətinin 1921-ci il tarixli məktubu aşkar edilmişdir
Azərbaycan Respublikasının Latviyadakı səfirliyindən AzərTAc-ın müxbirinə bildirmişlər ki, Latviya Dövlət Arxivində Ə.M.Topçubaşovun imzası ilə Parisdəki Latviya nümayəndə heyətinə ünvanlanmış 1921-ci il tarixli məktub aşkar edilmişdir. Sənəddə Topçubaşov Latviya Respublikasının Müttəfiq Dövlətlərin Ali Şurası tərəfindən de-yure tanınması münasibətilə Latviya nümayəndə heyətini, habelə prezidentini Parisdə başçılıq etdiyi nümayəndə heyəti adından təbrik edir. Məktubda Latviya xalqına ən xoş arzular ifadə olunur.
Nigar HÜSEYNOVA,
AzərTAc-ın xüsusi müxbiri
Riqa
Azərbaycan.- 2012.- 1 fevral.- S. 6.