Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyanın xarici işlər naziri Vuk Yeremiç ilə görüşü

 

 Almaniya Federativ Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Serbiyanın xarici işlər naziri Vuk Yeremiç ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından, siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə edildi. Ölkələrimizin müxtəlif sahələrdə bir-birinə verdikləri dəstəyin önəmi vurğulandı. Serbiyada yol tikintisində Azərbaycan şirkətlərinin iştirakı ilə bağlı bu yaxınlarda Bakıda imzalanan müqavilənin əhəmiyyəti qeyd olundu.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 5 fevral.- S. 2.