Azərbaycan Prezidenti
İlham Əliyevin Finlandiyanın xarici işlər naziri Erkki Tuomioya ilə görüşü
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Münxendə
Finlandiyanın xarici işlər naziri Erkki Tuomioya
ilə görüşmüşdür.
Azərbaycan ilə
Finlandiya arasında ikitərəfli
münasibətlərin inkişaf etdiyi bildirilən görüşdə əlaqələrimizin
daha da genişlənməsi
üçün yaxşı
potensialın olduğu vurğulandı.
Görüşdə
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı fikir
mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.- 2012.- 5 fevral.- S. 2.