Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın dövlət katibi Hillari Klinton ilə görüşü

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Münxendə Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton ilə görüşmüşdür.

Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunan görüşdə əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik bildirildi. Azərbaycanın antiterror koalisiyasının tərkibində Əfqanıstandakı sülhyaratma əməliyyatlarında  iştirakı yüksək qiymətləndirildi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş fikir mübadiləsi aparıldı.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 5 fevral.- S. 2.