Azərbaycan
ötən il investisiya
qoyuluşu sahəsində rekord
göstəriciyə nail olub
Bu fikirləri Prezident İlham Əliyev
Nazirlər Kabinetinin 2011-ci ilin
sosial-iqtisadi inkişafının
yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasda bildirmişdir
Son 8 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamızın qazandığı yüksək nailiyyətlər dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış çevik və işlək mexanizmlər əsasında həyata keçirilməsi ilə bağlıdır. Bir sıra qabaqcıl dövlətlərin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini qısa zaman kəsiyində sürətlə adlamış Azərbaycan azad və mütərəqqi düşüncə tərzinin diktə etdiyi bazar iqtisadiyyatı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu yoluna sadiqliyini sübuta yetirmişdir. Həyata keçirilən sosial-iqtisadi islahatların, infrastruktur layihələrinin səmərəli nəticələr verməsi, hər bir fərdin maraq və mənafeyini özündə maksimum səviyyədə əks etdirməsi, ölkənin perspektiv inkişafına hesablanması dövlət başçısının apardığı siyasətin məqsədyönlülüyündən xəbər verir.
Prezident İlham Əliyev bu reallığı daim önə çəkir ki, dövlətin başlıca vəzifəsi mütərəqqi iqtisadi və sosial islahatları həyata keçirmək, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etmək, mövcud potensialdan hər bir fərdin bacarıq və qabiliyyətinə görə ədalətli şəkildə yararlanmasına şərait yaratmaqdır. Dövlətin vətəndaşların həyati tələbatlarının ödənilməsinə göstərdiyi qayğı isə özünü bilavasitə sosial təminat sistemində büruzə verir.
Sosial sahədə həyata keçirilən siyasətin effektivliyi özünü həm də yoxsulluğun səviyyəsinin ildən-ilə azalmasında göstərir. Əgər 2003-cü ildə ölkə əhalisinin təxminən yarısı yoxsul vəziyyətdə yaşayırdısa, hazırda bu kateqoriyadan olan vətəndaşlar 7,6 faiz təşkil edir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasda bildirmişdir: "Bölgədəki vəziyyət yaxşılaşır, şəhərlərimiz gözəlləşir, abadlaşır. 2011-ci ildə 94 min yeni iş yeri açılmışdır ki, onun da 73 mini daimi iş yeridir. Bütövlükdə biz işizliyə qarşı proqramı icra etməyə başlayandan sonra - 2003-cü ildən bugünə qədər 1 milyondan artıq yeni iş yeri açılmışdır. Hazırda Azərbaycanda işsizliyin səviyyəsi 2011-ci ildə daha da aşağı düşmüşdür və bu rəqəm 5,4 faizdir. Həmişə işsizliklə bərabər gedən yoxsulluğun isə yenə də aşağı düşərək 7,6 faiz təşkil etmişdir. Bu göstəricilər həm müsbətdir, həm də ümidvericidir". Göründüyü kimi, qeyri-neft sektorunun sürətli inkişafı, infrastruktur təminatının genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi əhalinin sosial rifah halının da ildən-ilə yaxşılaşmasına əlverişli imkan yaradır.
Ölkə başçısının sərəncamına əsasən, minimum aylıq əməkhaqqının məbləği 2011-ci il dekabrın 1-dən 10 faiz artırılaraq 93,5 manat müəyyənləşdirilib. 2011-ci ildə dövlət büdcəsindən maliyyələşən təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman, elm və bir sıra digər sahələrdə əməkhaqqı artırılmış, qaçqın və məcburi köçkünlərin sosial vəziyyəti yaxşılaşdırılmışdır. Bu fakt deməyə əsas verir ki, ölkəmizin iqtisadi imkanları artdıqca, sosial müdafiəyə ehtiyacı olan insanlara daha diqqətlə yanaşılır, həmin insanların sosial tələbatının ödənilməsi bir növ cəmiyyətin mənəvi göstəricisinə çevrilir.
Ümumilikdə, ölkədə pensiya və müavinətlərin, ünvanlı sosial yardımın, məcburi köçkünlərin sosial məsələlərinin və digər tədbirlərin maliyyə təminatı üçün 2012-ci il dövlət büdcəsində 1781,6 milyon manat vəsait nəzərdə tutulmuşdur. 2012-ci ildə sosial müdafiə və sosial təminat xərclərinə ayrılan vəsaitin 1044,3 milyon manatı Dövlət Sosial Müdafiə Fondu vasitəsilə həyata keçirilən sosial ödənişlərin, 438,6 milyon manatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vasitəsilə həyata keçirilən sosial xərclərin, 201 milyon manatı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi vasitəsilə qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin təmini tədbirlərinin maliyyələşdirilməsinə yönəldiləcəkdir.
Prezident İlham Əliyev dövlətin, cəmiyyətin gələcəkdə əldə edəcəyi böyük faydaları nəzərə alaraq, müəyyən məqamlarda böyük maliyyə hesabına başa gələn infrastruktur layihələrini belə gerçəkləşdirməyi vacib sayır. Cənab İlham Əliyev daim vurğulayır ki, Azərbaycan vətəndaşlarının normal yaşayışı üçün kommunal xidmətlərin səviyyəsi yüksəldilməli, əhali fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz və içməli su ilə təmin olunmalıdır: "2011-ci ildə enerji sahəsində yaxşı işlər görülübdür. Bu, iqtisadiyyatımızın aparıcı sahəsidir. Bu gün də belədir, sabah da belə olacaqdır. Bu sahəyə daim böyük diqqət göstərilməlidir. Yeni elektrik stansiyalarının fəaliyyətə başlaması, yeni stansiyaların təməl daşının qoyulması, neft-qaz sahəsində görülən işlər, - alternativ bərpa olunan enerji növlərinin yaradılması sahəsində aparılan işlər, - bütün bunlar göz qabağındadır. 2011-ci ildə bunları biz etmişik, bu işləri biz görmüşük". "Azərenerji" ASC-nin vitse-prezidenti Marlen Əsgərovun sözlərinə görə, bu il ərzində yeni iri enerji stansiyalarının yaradılması - "Cənub" elektrik stansiyasının və "Şimal" stansiyasında ikinci enerji blokunun tikintisi üzrə işlər davam etdiriləcək. İl ərzində kiçik su elektrik stansiyalarının tikintisi üzrə də fəal işlər aparılacaq.
"Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı"nın təsdiqindən
ötən müddət ərzində regionlarda
infrastrukturun bərpası və
inkişafı, əhalinin kommunal xidmətlərlə,
o cümlədən elektrik
enerjisi, qaz və su ilə təchizatının
yaxşılaşdırılması, sosial
vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində
mühüm əhəmiyyətli tədbirlər
həyata keçirilmiş, bu sahəyə irihəcmli dövlət
investisiyaları yönəldilmişdir. İnfrastruktur
layihələrinə dövlət büdcəsindən
ayrılan vəsaitlərin ildən-ilə yüksək templə
artması ölkə başçısının bu məsələyə necə böyük həssaslıqla
yanaşdığını göstərir. Yaradılımış
əlverişli investisiya mühiti
2011-ci ildə ölkə iqtisadiyyatına yatırılan
investisiyaların artımını təmin etmişdir.
13 milyard
dollar daxili və 7 milyard dollar xarici olmaqla ölkə iqtisadiyyatına 20 milyard
dollar investisiya yatırılmışdır.
İnvestisiyaların 15,7 milyard
dolları qeyri-neft sektorunun, 4,3 milyard dolları isə neft sektorunun payına düşmüşdür.
Dövlət əsaslı
vəsait qoyuluşu hesabına ötən il nəqliyyat, İKT, turizm, kommunal, irriqasiya, energetika, ekologiya və digər sahələrin inkişafına 5,9 milyard, o cümlədən
sosialyönümlü layihələrə
1,7 milyard manat investisiya qoyulmuşdur.
Prezident
İlham Əliyev bildirmişdir: "Biz 2011-ci ildə
investisiya qoyuluşu sahəsində rekord göstəriciyə nail ola bilmişik. İldən-ilə ölkə işqtisadiyyatına
qoyulan investisiyaların
həcmi artmaqdadır,
böyük templərlə
artır". Dövlət əsaslı vəsait qoyuluşu xərclərinin
artırılması hazırkı
mərhələdə sosial
tələbat kimi ortaya çıxmışdır.
Belə ki, müasir tələblərə cavab
verən infrastruktur yaratmadan sahibkarlığın,
turizmin, qeyri-neft sektorunun inkişafından,
mədəni-intellektual inkişafdan
danışmaq qeyri-mümkündür.
Dövlət investisiyaları hesabına
əhəmiyyətli infrastruktur,
kommunal və sosial obyektlərin inşası və yenidən qurulması da məhz qeyd
olunan məqsədlərin
gerçəkləşdirilməsi baxımından vacibdir.
2012-2013-cü illərdə ölkənin
mühüm infrastruktur
obyektlərinin, o cümlədən
beynəlxalq magistral və daxili əhəmiyyətli yolların
yenidən qurulması,
içməli su və suvarma sistemlərinin bərpası
və genişləndirilməsi,
regionların qazla təminatının bərpası,
kanalizasiya sistemlərinin
bərpası üzrə
investisiyaların həyata
keçirilməsi nəzərdə
tutulur.
Dövlət əsaslı vəsait
qoyuluşu xərclərinin
strukturunu təkmilləşdirmək,
həmin vəsaitdən
səmərəli istifadəyə
nəzarəti gücləndirmək,
dövlət zəmanəti
ilə iqtisadiyyata cəlb olunan, habelə dövlət büdcəsində dövlət
investisiya xərclərini
nəzərdə tutulan
istiqamətlər üzrə
düzgün yönəltmək
qarşıdakı il üçün prioritet məqsədlər
sırasındadır. Ümumi investisiyada
artımın əsasən
ölkə iqtisadiyyatına
qoyulacaq xarici sərmayələr hesabına
əldə olunması
gözlənilir ki, bu da respublikanın
xarici investorlar üçün cəlbediciliyinin
saxlanmasının göstəricisi
kimi qəbul edilə bilər. Bir çox ölkələrdə mövcud
olan iqtisadi gərginliklər nəticəsində
onların xarici ticarət dövriyyələrinin
həcmində müşahidə
olunan əhəmiyyətli
azalmalar fonunda cari ildə Azərbaycanın xarici ticarət dövriyyəsinin
həcminin 8,1 faiz, o cümlədən ixracın 4,2 faiz artması nəzərdə
tutulmuşdur.
Ötən müddətdə mövcud
potensialın səmərəli
realizə edilməsi,
əmək ehtiyatlarının
və digər resursların konkret məqsədlərə yönəldilməsi,
ən başlıcası,
Azərbaycan Prezidentinin
imzaladığı dövlət
proqramlarından, fərman
və sərəncamlarından
irəli gələn vəzifələrin reallaşdırılması
uğurlarımızı şərtləndirən
başlıca məqamlar
sırasındadır. Son 8 ildə əhalinin
sosial rifah halının yaxşılaşdırılması,
abadlıq-quruculuq işlərinin
daha sürətlə
aparılması, xidmət
və infrastruktur sahələrində işin
müasir dövrün
tələblərinə uyğunlaşdırılması,
sahibkarların fəaliyyətinə
mane olan süni əngəllərin aradan qaldırılması mühüm
nəticələrə gətirib
çıxarmışdır. Bu illərdə həyata
keçirilmiş çoxşaxəli
tədbirlər sistemi
həm kəmiyyət,
həm də keyfiyyət göstəricilərinə
görə miqyaslı,
konkret və ünvanlı olması ilə diqqət çəkir.
Ölkədə infrastruktur layihələrinin
həyata keçirilməsi,
ictimai həyatın bütün sahələrinin
yeniləşdirilməsi Azərbaycanda
həyata keçirilən
iqtisadi siyasətin mühüm tərkib hissəsinə çevrilmişdir. Həyata keçirilən
bu tədbirlər isə insanların daha firavan və
rahat yaşamasına,
ümumilikdə ölkə
iqtisadiyyatının dinamik
inkişafına xidmət
edir.
Elnur HACIALIYEV
Azərbaycan.- 2012.- 5
fevral.- S. 3.