Avrobondların
yerləşdirilməsi başa çatmışdır
Londonda ARDNŞ-in buraxdığı debüt avrobondların yerləşdirilməsi başa çatmışdır. Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, avrobondların yerləşdirilməsi investorlar arasında böyük maraq doğurmuşdur.
290 investor tərəfindən verilən sifarişlərin ümumi məbləği 4,6 milyard ABŞ dolları təşkil etmişdir. Avrobondların buraxılışının ümumi məbləği 500 milyon ABŞ dolları və illik faiz dərəcəsi 5,45 faiz müəyyən edilmişdir. Avrobondların ödənilməsi müddəti 2017-ci ilədəkdir. Avrobondlar ABŞ-ın Qiymətli Kağızlar Haqqında Aktın "Regulation S" hissəsinə əsaslanaraq buraxılır.
Avrobondlara "Fitch" reytinq agentliyi tərəfindən BBB, "Moody's" reytinq agentliyi tərəfindən isə BA1 reytinqləri təyin edilmişdir. ARDNŞ-in korporativ uzunmüddətli reytinqi "Fitch" reytinq agentliyi tərəfindən BBB-(sabit proqnoz), "Standard & Poor's" reytinq agentliyi tərəfindən BB+ (sabit proqnoz) və "Moody's" reytinq agentliyi tərəfindən BA1 (sabit proqnoz) kimi qiymətləndirilmişdir. "Citigroup", "Deutsche Bank" və "Royal Bank of Scotland" bankları avrobondların buraxılışı üzrə birgə əsas idarəçilər qismində, "Nomura" və "Sociyty Gynyrale Corporate & Investment Banking" bankları isə birgə idarəçilər qismində çıxış etmişlər.
Avrobondlar İngiltərə (46 faiz), Avropa (38 faiz), ABŞ offşor (12 faiz) və Asiya (4 faiz) investorları arasında yerləşdirilmişdir. Yerləşdirmə nəticəsində avrobondların 63 faizi fond idarəçiləri, 16 faizi banklar, 11 faizi sığorta şirkətləri və təqaüd fondları, 10 faizi isə hedc fondları tərəfindən alınmışdır.
ARDNŞ avrobondlarının dünyanın
müxtəlif regionlarından olan çoxsaylı sərmayədar
qrupları arasında yerləşdirilməsi, eyni zamanda onlar
tərəfindən verilən sifarişlərin
avrobondların buraxılışının məbləğindən
9 dəfədən artıq olması xarici investorların Azərbaycana
marağının yüksək olduğunu göstərir. Bu
isə öz növbəsində Azərbaycan
Respublikasının iqtisadiyyatının güclənməsi
və dünya iqtisadiyyatında onun rolunun artmasının
bariz nəticəsidir.
Azərbaycan.- 2012.- 5 fevral.- S. 4.