SOCAR-AQŞ ən yeni qazma texnologiyalarından istifadə edir

 

 SOCAR-AQŞ Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) təsisçiləri olan iki şirkətin - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Abşeron Qazma Şirkətinin adından ad alıb. Bu, inteqrə olunmuş qazma quyu xidmətləri ilə məşğul olan bir şirkətdir.

SOCAR-AQŞ 2011-ci ildə "Azneft" İstehsalat Birliyinin sifarişi ilə 24533 metr qazma işi həyata keçirərək plana 101 faiz əməl edib. Bundan əlavə, keçən il "Günəşli" yatağındakı 11 nömrəli özüldən layihə dərinliyi 3373 metr olan 209 nömrəli quyuda qazma işləri müəssisə tərəfindən 43 gün ərzində başa çatdırılıb. Bu, rekord nəticə hesab olunur. Üstəlik , qazma işləri tam təhlükəsiz şəraitdə aparılıb, ətraf mühitə avadanlıqlara heç bir ciddi ziyan dəyməyib, bütün quyularda səmərəli vaxt itkisi minimuma endirilib.

Bunlar şirkətin qazandığı ilk nailiyyətlər deyil. Özü cavan olsa da, təsisçilərindən böyük səriştə əxz edib. Yəni ARDNŞ birgə müəssisəyə sənaye üsulu ilə neft qaz quyularının qazılması sahəsində qazandığı təcrübədən "pay verib". Abşeron Qazma Şirkəti isə buraya qabaqcıl qazma texnologiyalarını yeni idarəetmə üsullarını gətirib.

Bu təcrübə idarəetmə metodları birləşərək müəssisəyə öz işini yüksək səviyyədə qurmağa imkan verir. Beləliklə, SOCAR-AQŞ fəaliyyətinin əsas meyarlarını müəyyənləşdirib. Təhlükəsizliyi, keyfiyyəti, dürüstlüyü, yenilikçiliyi, qənaətçilliyi ön cərgəyə çəkib.

Şirkət bunları göstərdiyi bütün xidmət sahələrində tətbiq etməyə çalışır. Bu xidmətlər isə geniş əhatə dairəsinə malikdir. Belə ki, SOCAR-AQŞ quyuların layihələşdirilməsi planlaşdırılması ilə məşğul olur. O, həm neft qaz quyularının qazılmasını həyata keçirir. Şirkətin maili üfiqi qazmada yüksək səriştəyə malik olan işçiləri quyuların mənimsənilməsində uğur əldə etməyə qabildirlər.

Qazma sahəsində yan lülələrin, eləcə çoxşaxəli quyuların qazılması asan işlərdən sayılmır. Lakin SOCAR-AQŞ-nin qazmaçılarının həmin mürəkkəb işi yerinə yetirmək üçün bilik səriştəsi kifayət qədərdir. Təbii ki, bütün bu çətin vəzifələrin öhdəsindən layiqincə gələ bilən mütəxəssislər, texniklər ixtisaslı fəhlələr hər bir quyunun "dərd"inə çarə tapmağı da bacarırlar. Yəni hər bir quyunu yaxşı tanıdıqları üçün onları əsaslı təmir etməkdə problemləri olmur.

 

Kadrlardan söz düşmüşkən:

 

SOCAR-AQŞ işçilərini ən böyük sərvət hesab edir. Müəssisə əməkçilərə hərtərəfli qayğı göstərir əmindir ki, bunun cavabında onlar SOCAR-AQŞ-ni dünya səviyyəli qazma şirkətinə çevirəcəklər.

 

Şirkət Xəzərdə üç qazma qurğusundan istifadə edərək tapşırıqları yüksək səviyyədə yerinə yetirir. Sifarişçisi isə "Azneft" İstehsalat Birliyidir.

Bütün işlərdə STTƏMM başlıca məqsəd kimi qarşıya qoyulur. Bu da təsadüfi deyil. Çünki STTƏMM - Sağlamlıq, Texniki Təhlükəsizlik Ətraf Mühitin Mühafizəsi deməkdir. Bunları rəhbər tutmaqla SOCAR-AQŞ "İlin hər bir gününü, saatını anını qəzasız işləmək yaşamaq mümkündür!" fikrini sübut edə bilir. Müəssisə ətrafdakı təbii mühitdə ekoloji balansın qorunub saxlanılması yaxşılaşdırılması üçün əlindən gələni edir.

Bütün bunlar şirkətin nüfuzunu ildən-ilə artırır. İndi müəssisənin öz nailiyyətləri barədə deməyə sözü çoxdur. Təsadüfi deyil ki, o, öz təcrübəsi müvəffəqiyyətləri ilə keçən il Bakıda keçirilən XVIII beynəlxalq neft qaz sərgisinə gəlmişdi. Məlum oldu ki, şirkət yeni qazma texnologiyalarının idarəetmə üsullarının tətbiqinə görə Xəzər Enerji İnteqrasiya İşgüzar Klubunun mükafatını alıb.

SOCAR-AQŞ həmçinin bir sıra beynəlxalq sertifikatlara layiq görülüb. Bunlar İnteqrə olunmuş İdarəetmə Sisteminin müvəffəqiyyətlə tətbiq edilməsinə görə verilən ISO 9001:2008, ISO 14001:2004 OHSAS 18001:2007 sertifikatlarıdır.

 

2009-cu ilin iyun ayından etibarən Qazma Podratçılarının Beynəlxalq Assosiasiyasının (IADC) üzvü olan şirkət qazandığı müvəffəqiyyətlərlə kifayətlənmir. Qazmaçılar öz bilik səriştələrini daim artırmağa, peşə ustalıqlarını daha da təkmilləşdirməyə çalışırlar.

 

 

 Flora SADIQLI

 

Azərbaycan.- 2012.- 5 fevral.- S. 4.