Xalq artisti Həsən
Seyidbəylinin iki filmi
bərpa olunmuşdur
Azərbaycanın görkəmli kinorejissoru, xalq artisti Həsən Seyidbəylinin iki filmi bərpa olunmuşdur. Azərbaycan Dövlət Film Fondu bərpa işlərini Rusiya Dövlət Film Fondu ilə birgə həyata keçirmişdir.
Dövlət Film Fondunun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ekran əsərlərindən biri H. Seyidbəylinin 1966-cı ildə çəkdiyi "Sən niyə susursan?" filmidir. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Həsən Seyidbəyli, quruluşçu operatoru Rasim Ocaqov, bəstəkarı Tofiq Quliyevdir.
Həsən Seyidbəylinin bərpa olunmuş digər filmi "Bizim Cəbiş müəllim"dir. Bu film 1969-cu ildə Maqsud İbrahimbəyovun povesti əsasında çəkilmişdir. Filmin quruluşçu operatoru Arif Nərimanbəyov, bəstəkarı Emin Sabitoğludur.
Bərpa olunmuş filmlər
yaxın vaxtlarda nümayiş
etdiriləcəkdir.
Azərbaycan.- 2012.-1 fevral.- S. 7.