Azərbaycan Prezidenti İlham Əliyev
Türkiyə Silahlı Qüvvələrinin Baş
Qərargah rəisi Nejdət Özəlin
başçılıq etdiyi nümayəndə
heyətini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nejdət Özəlin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nejdət Özəl Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını və ən xoş arzularını dövlət başçısına çatdırdı.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyi qeyd olundu, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nejdət Özəlin ölkəmizə səfərinin bu əlaqələrin daha da genişləndirilməsi işinə xidmət edəcəyi vurğulandı.
Dövlət başçısı Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını və ən xoş arzularını Türkiyənin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.
AzərTAc
Azərbaycan.- 2012.-8 fevral.- S. 1.