Azərbaycan Prezidenti İlham Əliyev
Albaniyanın ölkəmizdəki səfirinin etimadnaməsini
qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də Albaniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Altin Kodranın etimadnaməsini qəbul etmişdir.
Səfir Altin Kodra fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Altin Kodra etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Dövlət başçısı Azərbaycan ilə Albaniya arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və enerji sahələrində inkişaf etdirilməsi üçün yaxşı perspektivlərin olduğunu dedi. Prezident İlham Əliyev Albaniyanın Baş naziri Sali Berişa ilə müxtəlif beynəlxalq forumlarda keçirdiyi görüşləri məmnunluqla xatırladı. Prezident İlham Əliyev səfirə ölkəmizdə diplomatik fəaliyyətində uğurlar arzuladı.
Azərbaycan ilə Albaniya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, siyasi və digər sahələrdə daha da genişlənəcəyinə ümidvar olduğunu bildirən Altin Kodra bunun üçün səylərini əsirgəməyəcəyini dedi.
AzərTAc
Azərbaycan.- 2012.- 8 fevral.- S. 1.