Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransa Senatının nümayəndə heyəti ilə görüşmüşdür

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fevralın 7-də Fransa-Qafqaz dostluq qrupunun sədr müavini, Fransa-Azərbaycan işçi qrupunun rəhbəri senator xanım Natali Qulenin başçılıq etdiyi senatorlardan ibarət nümayəndə heyəti ilə görüşmüşdür.

Mehriban xanım Əliyeva Fransa Senatında qondarma "erməni soyqırımı"nın inkar edilməsinə görə cəza nəzərdə tutan qanunun qəbul edilməsinin Azərbaycan cəmiyyətində narazılıq doğurduğunu bildirmişdir. Azərbaycanın birinci xanımı bu qanunun müzakirəsi zamanı tutduqları ədalətli mövqeyə görə senatorlara təşəkkür etmiş, ümidvar olduğunu bildirmişdir ki, Konstitusiya Şurası demokratiyayasöz azadlığına zidd olduğuna görə bu qanunun qüvvəyə minməsinə imkan verməyəcəkdir.

Xanım Natali Qule göstərilən qonaqpərvərliyə görə minnətdarlıq etmişdir.

Fransalı senator ümidvar olduğunu bildirmişdir ki, odostluq qrupundakı digər senatorların ümumi səyləri sayəsində bu istiqamətdə aparılan işlər nəticəsini verəcək, iki ölkə arasında münasibətlər bundan sonra da inkişaf edəcəkdir.           

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.-8 fevral.- S.  2.