Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi
üzrə Komitəsinə üzv qəbul
olunmuşdur
Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə (Committee on the Peaceful Uses of Outer Space - COPUOS) üzv qəbul olunmuşdur.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AzərTAc-a bildirmişlər ki, kosmik sənayenin yaradılması və uğurla inkişaf etdirilməsində beynəlxalq əlaqələrin yaradılması, o cümlədən beynəlxalq təşkilatlarda Azərbaycanın üzvlüyü, təmsil olunması və iştirakı məqsədilə məqsədyönlü işlər yerinə yetirilir. Görülən işlər nəticəsində ölkəmizin BMT-nin 66/71 saylı qətnaməsi ilə qurumun Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə (Committee on the Peaceful Uses of Outer Space - COPUOS) üzvlüyü təsdiq edilmişdir.
BMT-nin kosmik sahədə hökumətlərarası
orqanı olan COPUOS 1959-cu ildə təsis edilmiş və kosmik fəzanın
sülh məqsədləri ilə istifadə
edilməsi sahəsində beynəlxalq əməkdaşlığın
miqyasını təhlil edir, proqramlar hazırlayır, məlumatların
yayılmasına və təhqiqatlara yardım edir.
Həmçinin beynəlxalq kosmik
hüququn inkişafına töhfə verən
COPUOS-un fəaliyyəti kosmik
fəzanın sülh məqsədli tədqiqatı
ilə əlaqədar meydana gələn hüquqi problemlərin müzakirə edilməsi
üçün vacib
beynəlxalq mexanizm hesab
edilir. Hazırda Azərbaycan da daxil olmaqla
komitənin 70 üzvü vardır.
Azərbaycan.- 2012.- 8 fevral.- S. 3.