Gözəlləşən Bakının möhtəşəm quruculuq ünvanı

 

 Yola saldığımız 2011-ci il qarşıda duran sosialiqtisadi vəzifələrin icra edilməsi, nəzərdə tutulmuş plan və proqramların reallaşması, ictimai-siyasi sabitliyin daha da möhkəmlənməsi, beynəlxalq nüfuzunun artması baxımından Azərbaycan üçün uğurlu dövr olmuşdur. Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyev dühasından qaynaqlanan, elmi əsaslara və liberal iqtisadiyyat prinsiplərinə söykənən, insan amilini əsas götürən çevik siyasəti nəticəsində ölkəmiz keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuş, mürəkkəb beynəlxalq iqtisadi mühitdə baş verən kataklizmlərə rəğmən yeni uğurlar əldə edilmişdir.

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının girişyekun nitqlərində respublikamızdakı iqtisadisiyasi vəziyyət dərindən təhlil edilmiş, qazanılan uğurlar qiymətləndirilmiş, qarşıda duran vəzifələr və onların həlli yolları dəqiq müəyyənləşdirilmişdir. Dövlət başçısının vurğuladığı kimi, ötən il qarşıya qoyulmuş bütün iqtisadisosial vəzifələr öz həllini tapmış, ölkəmizin uğurlu inkişafı davam etmişdir.

 

Ölkə üzrə qazanılan uğurlarda Nəsimi rayonunun özünəməxsus yeri və payı var

 

2011-ci ilin yekunlarına nəzər saldıqda inamla deyə bilərik ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş sürətli inkişaf, nəhəng quruculuq işləri Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir, ölkəmizin iqtisadi qüdrəti, siyasi çəkisi və beynəlxalq nüfuzu günbəgün artır, hüquqi, demokratik proseslər daha da inkişaf edir.

Sevindirici haldır ki, bu uğurların qazanılmasında Nəsimi rayonunun da öz yeri,  payı var. Bu gün Azərbaycanda geniş vüsət alan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri Nəsimi rayonunda da yüksələn templə davam edir. Ölkənin inkişaf prosesinə bu rayon da layiqli töhfələrini verməkdədir. Nəsimi rayonunun inkişafından danışarkən qeyd etməliyik ki, burada da tərəqqinin əsl müəllifi Prezident İlham Əliyevdir. Qazanılan hər bir nailiyyətə dövlət başçısının göstərdiyi böyük diqqət və qayğı sayəsində nail olunmuşdur. Ölkə Prezidentinin birbaşa təşəbbüsü və himayəsi sayəsində son illər Nəsimi rayonunda mühüm obyektlərin tikintisinin təməli qoyulmuş və inşası uğurla başa çatdırılmışdır. Çoxsaylı səhiyyə və təhsil müəssisələri, yollar, yolötürücülər və yol qovşaqları, piyada keçidləri, parklar, infrastruktur obyektləri, yeni inzibati binalar istifadəyə verilmiş, tarixi memarlıq abidələri, dini-mənəvi dəyərləri yaşadan obyektlərin bərpası ilə bağlı önəmli işlər görülmüşdür. Onu da qeyd edək ki, ötən il aparılan təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmaq, başa çatdırılmış tikintilərin açılış mərasimlərində iştirak etmək üçün Prezident İlham Əliyev 9 dəfə Nəsimi rayonunda olmuşdur. Görülmüş bütün işlər Nəsimi rayon sakinlərində dövlətə inamı, Prezidentə etimadı daha da möhkəmləndirmiş, ümummilli lider Heydər Əliyevin siyasi kursunun alternativsizliyini bir daha təsdiq etmişdir.

 

Makroiqtisadi göstəricilər rayonun inkişaf dinamikasını aydın əks etdirir

 

Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının uğurlu nəticələri respublikamızın bütün bölgələri kimi, paytaxtın Nəsimi rayonunda da yaxından hiss olunmaqdadır. Bu gün rayonda hansı ünvana baş çəksən, dinamik inkişafın şahidi olarsan. Nəsimi rayonunun sosial-iqtisadi həyatında son illər müşahidə olunan sürətli inkişaf 2011-ci ildə də saxlanılmış, həm sosial, həm də iqtisadi sahələrdə yeni nailiyyətlər qazanılmışdır. Rəqəmlərə diqqət yetirək:

2011-ci ildə rayonda ümumi məhsul buraxılışının həcmi 1 milyard 132 milyon 228,8 min manat olmuşdur ki, bu da 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 24,8 faiz artım deməkdir. İstehsal olunan sənaye məhsulunun həcmi 4,1 dəfə artaraq 341 miyon 224,7 min manat, tikinti-quraşdırma işlərinin həcmi isə 8 faiz artaraq 340 milyon 309,2 min manat olmuşdur. Nəqliyyat müəssisələri tərəfindən görülmüş və xidmətlərin həcmi 319 miyon 491,1 min manat, rabitə müəssisələri tərəfindən görülmüş və xidmətlərin həcmi 49,5 faiz artaraq 25 milyon 203,8 min manat təşkil etmişdir. Rayon üzrə pərakəndə əmtəə dövriyyəsi 706 milyon 261,7 min manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 1,4 faiz artım deməkdir. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 12 faiz artaraq 681 milyon 783,4 min manat təşkil etmişdir. İl ərzində bir nəfərə düşən əmtəə dövriyyəsinin həcmi 3304,9 manatya 2010-cu illə müqayisədə 9,3 faiz artmışdır. Adambaşına düşən pullu xidmətin həcmi isə 11,2 faiz artaraq 3190,4 manat olmuşdur. 2011-ci ildə rayonda orta aylıq əməkhaqqı 2010-cu illə müqayisədə 8 faiz artaraq 402,1 manat olmuşdur.

Necə deyərlər, bu uğur göstəricilərinin əlavə şərhinə ehtiyac yoxdur.

 

Nəsimi rayonu paytaxtın əsas tikintiquruculuq meydanlarından biridir

 

Prezident İlham Əliyevin sədrliyi ilə ötən il mart ayının 9-da Bakı Şəhər İcra Hakimiyyətində keçirilmiş şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədən sonra qəbul edilmiş dövlət proqramına Nəsimi rayonu üzrə 41 bənddən ibarət tədbir salınmışdır. Ötən müddət ərzində dövlət proqramında nəzərdə tutulan tədbirlər həyata keçirilmiş və ümumən 2011-ci il ərzində rayonda genişmiqyaslı abadlıq, yenidənqurma işləri aparılmışdır. Rayon ərazisində yerləşən ölkə və yerli əhəmiyyətli tarixi və memarlıq abidələrinin, bağ-park, monumental və xatirə abidələrinin yenidənqurulması, qorunması və təbliği diqqət mərkəzində olmuşdur.

Görülmüş işlər sırasında bütövlükdə paytaxtın inkişafına xidmət edən layihələrin icrası xüsusi qeyd edilməlidir. Bunlardan biri şəhərin mərkəzində yeni salınan "Qış bulvarı"dır. Heydər Əliyev sarayının ətrafında yerləşən ərazidə reallaşdırılan bu layihənin həyata keçirilməsinə yaxından köməklik göstərilmişdir. Y.Səfərov və Ə.Quliyev küçələrinin kəsişməsində yeni parkın salınması məqsədilə hazırlıq işləri başa çatdırılmışdır.

"Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı" çərçivəsində "Nizami" kinoteatrının əsaslı təmir və yenidənqurma işlərindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə bina açılmış, kinoteatr tamaşaçılar üçün yüksək rahatlığın təmin olunduğu mədəniyyət ocağına çevrilmişdir.

Ötən il Nəsimi rayonunda yerləşən "Zabitlər" və Bülbül prospektindəki parklarda aparılan yenidənqurma və abadlıq işləri başa çatdırılaraq əhalinin istifadəsinə verilmişdir. Görülən işlərin nəticəsində hər iki parkda sakinlərin istirahəti üçün lazımi şərait yaradılmışdır. Dağ Yəhudiləri dini icması üçün yeni sinaqoqun tikintisi başa çatdırılaraq istifadəyə verilmiş, "Əjdərbəy" məscidinin əsaslı təmiri və yenidənqurulmasından sonra açılışı olmuşdur. "Bakıelektrikşəbəkə" ASC-nin inzibati binasının və Mərkəzi Dispetçer Xidmətinin, 28 May küçəsi ilə Bülbül prospektinin kəsişməsində yerləşən yeraltı keçidin tikintiləri də başa çatdırılmışdır. Ötən il Azərbaycan Dövlət Neft Akademiyasının əsas binasına ulu öndər Heydər Əliyevin barelyefi vurulmuş, ətraf ərazidə abadlıq və yenidənqurma işləri aparılmışdır.

Hazırda 2-ci mikrorayonda yerləşən Heydər parkında, Cavadxan küçəsində abadlıq və yenidənqurma işləri davam etdirilir, Bakıxanov küçəsindəki və Koroğlu abidəsi qoyulmuş parklarda son tamamlanma işləri aparılır. Nəsimi Rayon İcra Hakimiyyətinin Bakıxanov küçəsi, 643-cü məhəllədə inşa olunan yeni inzibati binası isə yaxın vaxtlarda istifadəyə veriləcək. 4-cü mikrorayon ərazisində 20 Yanvar küçəsi 21 b saylı binanın qarşısında müasir tələblərə cavab verən yeni stadionun tikintisi də davam etdirilir və cari ilin "İdman ili" elan olunması ilə bağlı rayon gənclərinin istifadəsinə veriləcək. İl ərzində rayonun 15 ünvanına bütövlükdə 140045 kv.m asfalt döşənmişdir.

Abadlıq işləri sırasında rayonda aparılan yaşıllaşdırma işləri də mühüm yer tutur. Belə ki, rayonun H.Seyidzadə, 20 Yanvar, Cavadxan, S.Vurğun küçələri, Vaqif, Azadlıq, Tbilisi prospektlərində, rayonun mikrorayon ərazisindəki məhəllələrində, mövcud park və bağlarında ümumilikdə 10 minə yaxın ağacgül kolları əkilmiş, rayon ərazisində yeni-yeni yaşıllıq zolaqları salınmışdır. Rayon icra hakimiyyəti tərəfindən yaşıllaşdırma işləri müəyyənləşdirilərək təmir-abadlıq və yenidənqurma işlərinin aparıldığı 20 həyətdə həyata keçirilmişdir. S.Vurğun, R.Behbudov, Bakıxanov, H.Ələsgərov, Mərdanov qardaşları küçələrində, Vaqif və Azadlıq prospektlərində səkilərə tamet plitələr döşənməsi işləri davam etdirilmiş, ayrı-ayrı ünvanlarda bardürlər dəyişdirilmiş, yol kənarlarında ağaclardekorativ kollar əkilmişdir. D.Əliyeva küçəsi 241, Cavadxan küçəsi 28 və A.Əliyev küçəsi 9 ünvanlarında məhəllədaxili yolların və meydançaların asfalt örtüyü dəyişdirilmiş, həmin ünvanlarda yeni oturacaqlar qoyulmuş, uşaq oyun elementləri quraşdırılmış, yeni yaşıllıq zolaqları salınmışdır.

Hazırda rayonda 29 tam orta məktəb, 2 xüsusi məktəb, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi, Atatürk liseyi və 7 məktəbdənkənar tərbiyə müəssisəsi, 47 körpələr evi-uşaq bağçası fəaliyyət göstərir. 2010-2011-ci tədris ilində ümumtəhsil məktəblərini 1936 şagird bitirmiş, 1730 abituriyent ali məktəblərə sənəd vermiş, onlardan 1121 nəfəri ali məktəblərə daxil olmuşdur. Abituriyentlərdən 49-u 600-dən, o cümlədən 12-si 650-dən yuxarı bal toplamış, 3 nəfəri isə Prezident təqaüdünə layiq görülmüşdür. 650-dən yuxarı bal toplayan abituriyentlər rayon icra hakimiyyətində qəbul edilmiş, qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

Fərəhləndirici haldır ki, 2010-2011-ci tədris ilinin nəticələrinə görə Azərbaycan Respublikası Prezidentinin "İlin ən yaxşı ümumtəhsil məktəbi" və "İlin ən yaxşı müəllimi" mükafatlarının təsis edilməsi haqqında sərəncamı ilə 8, 14, 42, 151 saylı orta məktəblər "İlin ən yaxşı ümumtəhsil məktəbi" adına layiq görülmüş, rayon müəllimlərindən 17 nəfər "İlin ən yaxşı müəllimi" nominasiyası üzrə müsabiqənin qalibi olmuş, 2 nəfər əməkdar müəllim adına, 1 nəfər isə "Tərəqqi" medalına layiq görülmüşdür.

Ötən il Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq Nəsimi rayonunun 6 təhsil müəssisəsində əsaslı təmir işləri aparılmış, 35 və 151 saylı tam orta məktəblərdə müvafiq olaraq 250 və 160 yerlik əlavə korpuslar tikilmiş, 4 körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri aparılmışdır. Məktəblərin maddi-texniki bazası daha da möhkəmlənmiş, ümumtəhsil məktəblərində vahid məktəbli formasının tətbiqi ilə bağlı işlər başa çatdırılmışdır. Cari ildə 76 saylı körpələr evi-uşaq bağçasında təmir işləri başa çatdırılaraq istifadəyə verilmiş, 164 saylı tam orta məktəbdə isə başa çatmaq üzrədir.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2011-2012-ci tədris ili ərəfəsində bütün birinci sinif şagirdlərinə məktəbli ləvazimatları hədiyyə edilmiş, il ərzində rayonda fəaliyyət göstərən yardımçı məktəblərə müntəzəm diqqət və qayğı göstərilmişdir.

2011-ci ildə Nəsimi rayonunda yerləşən tibb müəssisələrinin yenidənqurulması və bərpası istiqamətində xeyli görülüb. Ə.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanası cari ilin əvvəllərindən əsaslı təmirdən sonra fəaliyyətini tam bərpa etmişdir. Xəstəxananın həyətində tikilən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə korpusunda isə tikinti-quraşdırma işləri davam etdirilir. Ötən il 3 saylı Uşaq Kliniki Xəstəxanasında, 3 saylı uşaq poliklinikasında və 20 saylı şəhər poliklinikasının nəzdində yeni travmatologiya məntəqəsində əsaslı təmir işləri başa çatdırılmışdır.

 

Sosialkommunal ehtiyacların yüksək səviyyədə ödənilməsi diqqət mərkəzindədir

 

Ölkəmizdə həyata keçirilən uğurlu sosial siyasətə uyğun olaraq Nəsimi rayonunda da ötən il əhalinin sosial təminatının və müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm işlər görülmüşdür. 2011-ci ilrayonda yeni yerlərinin açılması ilə yadda qalmışdır. Konkret ifadə etsək, il ərzində rayonda 2034 yeni yeri açılmışdır. Rayon Məşğulluq Mərkəzinə axtaran vətəndaş kimi müraciət etmiş 6092 nəfərdən 1193 nəfərinin daimi işlə təmin olunmasına kömək göstərilmiş, 131 nəfər axtaran vətəndaşa işsizlik statusu verilərək, onlardan 102 nəfərə orta aylıq əməkhaqqı, 29 nəfərə isə minimum əməkhaqqı məbləğində müavinət təyin edilmişdir.

İl ərzində Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 4060 nəfər vətəndaşa sosial müavinət və təqaüd verilmiş, 17 nəfər təqaüdçü müalicə olunmaq üçün sanatoriya-kurort putyovkası ilə təmin edilmiş, pulsuz minik avtomobilləri almaq üçün növbəyə dayanmış 22 Qarabağ müharibəsi və Vətən müharibəsi əlillərinə kompensasiya ödənilmişdir. 1912 ailənin 7699 nəfər ailə üzvünə ünvanlı dövlət sosial yardımı verilmişdir. Hər ailəyə düşən sosial yardımın orta aylıq məbləği 138,59 manat təşkil etmişdir ki, bu da 2010-cu ilin göstəriciləri ilə müqayisədə 5,1 faiz çoxdur. Mərkəz tərəfindən 361 nəfər tənha, ahıl və əlilə evlərdə sosial məişət xidməti göstərilmişdir. Bayram günlərində aztəminatlı və sosial qayğıya ehtiyacı olan ailələrə rayon icra hakimiyyəti tərəfindən maddi kömək edilmişdir. Mütəmadi olaraq əlillər, şəhid ailələri və digər kateqoriyadan olan vətəndaşlar icra hakimiyyətində qəbul edilmiş, qaldırdıqları məsələlərə diqqətlə yanaşılmışdır. İl ərzində 16 ailə yeni mənzil sahəsi ilə təmin edilmişdir. Onlardan 9 nəfəri Qarabağ müharibəsi əlili, 1 nəfəri şəhid ailəsi, 2 nəfəri Çernobıl əlili, 3 nəfəri Böyük Vətən müharibəsi əlili, 1 nəfəri isə 20 Yanvar əlili olmuşdur.

Nəsimi rayonu ərazisində 10872 nəfər məcburi köçkün məskunlaşmışdır. 96 saylı körpələr evi-uşaq bağçasında məskunlaşmış 4, Y.Səfərov və Ə.Quliyev küçələrində 42, Heydər Əliyev sarayının ətrafında söküntü işlərinin aparılması ilə əlaqədar isə 33 məcburi köçkün ailəsi mənzillərlə təmin edilmişdir. Həmin ailələrin məişət və kommunal xidmətləri, məskunlaşdığı yerlərdə rastlaşdıqları çətinliklərlə əlaqədar yazılı və şifahi müraciətləri daim rayon icra hakimiyyətində baxılıb tədbir görülür.

Nəsimi rayonunda vətəndaşların yazılı və şifahi müraciətləri, onların problemlərinin həll edilməsi rayon rəhbərliyinin daim diqqətindədir. İl ərzində 45 səyyar qəbul keçirilmiş, qəbullarda 285 nəfər vətəndaşın problemləri ilə yerində tanış olunmuş və onların müsbət həll edilməsi üçün operativ tədbirlər görülmüşdür. Rayon icra hakimiyyətində daimi fəaliyyət göstərən "Qaynar xətt"ə daxil olan məlumatlarla əlaqədar operativ tədbirlər görülməsi sistemi yaradılmışdır. İcra hakimiyyətinin fəaliyyətdə olan internet saytında rayon icra hakimiyyətinin fəaliyyətinə aid məlumatlar mütəmadi olaraq yeniləşdirilmiş, əhalinin həmin məlumatlarla tanış olmaq və müraciətlərini yerləşdirmək imkanları genişləndirilmişdir.

Əhalinin kommunal tələblərinin ödənilməsinə gəldikdə, 2011-ci ildə istehlakçıları fasiləsiz və etibarlı enerji ilə təmin etmək məqsədilə "Bakıelektrikşəbəkə" ASC Nəsimi rayonu Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən 3 ədəd yeni Komplekt Transformator Məntəqəsi, 5 ədəd güc transformatoru quraşdırılmış, 5020 metr 6/10 kv-luq, 363 min 223 metr müxtəlif markalı 0,4 kv-luq kabel xətləri dəyişdirilmişdir. 97, 99, 116 saylı yarımstansiyalarda transformatorlar daha güclüləri ilə əvəz edilmiş, ikidövrəli kabel xətləri çəkilərək istifadəyə verilmişdir. Sərf olunan enerji haqlarının yığımı 2011-ci ildə 12,07 mln. manata çatdırılaraq 105 faiz olmuşdur ki, bu da 2010-cu illə müqayisədə 7 faiz artım deməkdir.

 "Bakışəhərişığı" elektrik şəbəkə müəssisəsinin Nəsimi texniki istismarı sahəsi tərəfindən 2011-ci ildə Ə.Salamzadə, C.Məmmədquluzadə, M.Qaşqay, S.Vurğun, Novruzov qardaşları, Ş.Əzizbəyov, 28 May, Ə.Qasımzadə küçələrində və Azadlıq, Vaqif prospektlərində elektrik dirəkləri yenisi ilə əvəz olunmuşdur. 2-ci və 3-cü mikrorayon ərazisində 12 ünvanda istifadəyə yararsız çıraq, naqil və məftillər yenisi ilə əvəz edilmiş, həmin həyətlərin işıqlandırılması təmin olunmuşdur. Ümumilikdə rayon ərazisində müxtəlif markalı 3210 metr kabel dəyişdirilmişdir.

Təbii qazın qəbulu, paylanması və istehlakı zamanı yaranan itkilərin azaldılması, uçotun dəqiq aparılması, qaz təchizatının yaxşılaşdırılması üçün "Azəriqaz" İstehsalat Birliyi tərəfindən mexaniki qaz sayğaclarının "Smart-kart" tipli sayğaclar ilə əvəz olunması işləri davam etdirilmişdir. Alatava yaşayış massivində və mikrorayonlarda ümumilikdə 9886 ədəd sayğac quraşdırılmış və müxtəlif diametrli 3269 metr qaz kəməri çəkilmişdir. Nəsimi Rayon Qaz İstismar Sahəsi 2011-ci il ərzində istehlakçılara ümumi olaraq 9 milyon 112 min 616 manat həcmində təbii qaz satmış, ümumi satışın 98,2 faizi ödənilmiş, ötən illə müqayisədə yığım həcmi 9,1 faiz artmışdır.

2011-ci ildə Nəsimi Rayon Su Kanal Departamenti tərəfindən əhali sektoru üzrə 38034, qeyriəhali sektoru üzrə isə 2166 sayğac quraşdırılmışdır. 2010-cu illə müqayisədə əhali sektoru üzrə 5892, qeyri-əhali sektoru üzrə isə 463 ədəd artıq sayğac quraşdırılmışdır. İl ərzində rayon ərazisində istismar müddəti başa çatmış 5990,0 p.m magistral su kəmərləri, müxtəlif diametrə malik 582 p.m kanalizasiya şəbəkəsi, istismara yararsız 45 ədəd quyu və 16 ədəd yağış barmaqlığı dəyişdirilmişdir.

"Azəristiliktəchizat" ASC 1 saylı İstilik Sistemlərinin İstismarı Sahəsi tərəfindən 323 yaşayış binasından 215-i, 19 ümumtəhsil tam orta məktəb, 14 körpələr evi-uşaq bağçası, 6 səhiyyə obyekti və 35 digər təyinatlı obyektlər istilik enerjisi ilə təmin olunmuşdur.

2011-ci il həm də Nəsimi rayonunun ictimai-siyasi həyatında əlamətdar bir hadisə ilə yadda qalmışdır. Belə ki, ötən il Nəsimi rayonu ilə ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərinin Svitzer Haylənd rayonu qardaşlaşmışdır. Bununla əlaqədar Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyevin başçılıq etdiyi nümayəndə heyəti ABŞ-da səfərdə olmuşdur. Səfər zamanı Kaliforniya ştatının San Dieqo Şəhər Şurasında Svitzer Haylənd rayonu ilə Nəsimi rayonu arasında "Qardaşlaşmış rayonlar" münasibətlərinin qurulması haqqında bəyannamə qəbul edilmişdir. Keçirilən görüşlərdə Nəsimi və Svitzer Haylənd rayonlarının qardaşlaşmasının Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyi ilə üst-üstə düşməsi qeyd olunmuşSan Dieqo şəhərinin rəhbər nümayəndələri bu münasibətlə Azərbaycan xalqını təbrik etmişlər. Azərbaycan nümayəndə heyətinin üzvləri çıxış edərək ölkəmizin tarixi, mədəniyyəti, son 20 il ərzində keçdiyi sürətli inkişaf yolu, dövlət quruculuğu, siyasi, iqtisadi, hüquqi sahələrdə aparılmış islahatlar, əldə olunmuş nailiyyətlər, paytaxt Bakı və Nəsimi rayonu barədə ətraflı məlumatlar vermiş, Prezident İlham Əliyevin Azərbaycan və ABŞ arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinə böyük önəm verdiyini qeyd etmişlər. Görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycan dövlətinin beynəlxalq hüquq normalarına əsaslanan birmənalı və ədalətli mövqeyi bir daha ifadə edilmişdir.

Göründüyü kimi, Nəsimi rayonu son illərdə gözəlləşən Bakının möhtəşəm quruculuq ünvanına çevrilib. Dinamik inkişaf yolunda olan rayonda bütün sahələr üzrə tərəqqi müşahidə olunur. Əldə edilən nəticələr isə yüksəliş tendensiyasının 2012-ci il ərzində də artan templə davam edəcəyinə inam yaradır.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2012.- 8 fevral.- S.  5.