Xocalı faciəsinin iyirminci ildönümü ərəfəsində Moskvada «Postsovet tarixinin faciəli səhifələri» mövzusunda «dəyirmi masa» olmuşdur

 

Xocalı faciəsinin iyirminci ildönümü  ərəfəsində Moskvada "Vestnik Kafkaza" mətbuat mərkəzində "Postsovet tarixinin faciəli səhifələri" mövzusuna həsr olunmuş ekspert görüşləri silsiləsindən birinci "dəyirmi masa" olmuşdur.  Diskussiyaya "Vestnik Kafkaza" nəşrinin baş redaktoru, MDU-nun  Postsovet Araşdırmaları Mərkəzinin rəhbəri Aleksey Vlasov  moderatorluq etmişdir.

A.Vlasov çıxışında demişdir ki, Sovet İttifaqı dağıldığı dövrdən  ötən 20 il onun dağılmasına gətirib çıxarmış tarixi hadisələrin, habelə 1980-ci illərin axırı - 1990-cı illərin əvvəlindəki qanlı hadisələrin səbəblərinin daha dərindən başa düşülməsinə kömək etməmişdir. Cənubi Qafqaz, Mərkəzi Asiya, Dnestryanı bölgə və postsovet məkanının digər regionlarındakı qaynar nöqtələr insanların qırılmasına və kütləvi məcburi köçürülmələrə gətirib çıxarmışdır. Dağlıq Qarabağda və digər qaynar nöqtələrdə münaqişələr indiyədək kəskin problem olaraq qalmaqdadır. Ekspertlər Sovet İttifaqının dağılması prosesini müşayiət edən qanlı münaqişələrin səbəblərini öyrənməsələr, yeni qurbanlar meydana çıxa bilər. Öz tarixini unutmağa çalışan insanlar kökləri xeyli dərəcədə ümumi tarixi keçmişimizə gedib çıxan yeni təhlükə və təhdidlər qarşısında müdafiəsiz qalırlar.

Aleksey Vlasov xüsusi vurğulamışdır ki, 1992-ci ilin fevralında törədilmiş Xocalı qətliamı postsovet tarixinin ən faciəli  hadisələrindən biridir. Ekspert demişdir: "Bu faciə indiyədək tarixçilər, sosioloqlarpolitoloqlar tərəfindən kifayət qədər obyektiv öyrənilməmişdir. Problem bundadır ki, belə hadisələri öyrənərkən elmi yanaşma çox vaxt ştamplarasiyasi təşviqata uduzur. Lap bu yaxınlarda baş vermiş hadisə nə üçün maraqlarımız xaricindədir və böyüməkdə olan nəsil arasında ümumi tariximizin ağlı-qaralı səhifələrinə humanist marağı dəstəkləmək üçün peşəkar tarixçilər nə etməlidirlər? Postsovet münaqişələrinə marağın itməsi bəlkə də elmi ictimaiyyətin indiyədək həmin tarixi dövrə obyektivölçülüb-biçilmiş qiymət verə bilməməsindədir".

MDBMİ-nin Beynəlxalq Araşdırmalar İnstitutunun elmi əməkdaşı Leonid Qusev xatırlatmışdır ki, 1980-ci illərin axırı -1990-cı illərin əvvəlində Sovet İttifaqını münaqişələr bürümüşdü, postsovet məkanının tarixi digər qlobal hadisələrlə müqayisədə çox pis öyrənilmişdir və təhsil sistemində ona demək olar, yer verilməmişdir. Kitabmaterial çatışmazlığı müşahidə olunur, bir çox regionlarda həllini tapmamış və hələ də közərməkdə olan  münaqişələrin səbəblərindən xəbərsiz olmaq onların yenidən alovlanmasına gətirib çıxara bilər. Rusiya alimi demişdir: "Ekspertlər birliyi obyektiv informasiya sahəsi yaratmaq yolu ilə həmin münaqişələrin həlli prosesinə öz töhfəsini verməlidir. Ekspertlər  həmin problemlərlə işləyərkən son dərəcə diqqətli və ehtiyatlı olmalıdırlar".

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2012.-8 fevral.- S.  6.