Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 4 may tarixli
1490 nömrəli sərəncamı ilə təsdiq edilmiş «2011-2013-cü illərdə Bakı
şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın
icrasının təmin edilməsi ilə bağlı əlavə
tədbirlər haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 4 may tarixli 1490 nömrəli sərəncamı ilə təsdiq edilmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində həyata keçiriləcək Tədbirlər Planı"nda nəzərdə tutulmuş avtomobil yollarının və yol infrastrukturunun tikilməsi və yenidən qurulması ilə əlaqədar torpaqların dövlət ehtiyacları üçün alınması məqsədi ilə "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zəruri tədbirlərin həyata keçirilməsinə dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
2. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 8 fevral
2012-ci il
Azərbaycan.- 2012.- 9 fevral.- S. 1.