«2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nın təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə

 

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 4, maddə 346; 2009, ¹ 6, maddə 424) ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nda aşağıdakı dəyişikliklər edilsin:

1. 3.5-ci bəndin üçüncü yarımbəndində "təsdiq edilmiş" sözlərindən əvvəl "Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən" sözləri əlavə edilsin.

2. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planı" hissəsinin 8.4.1-ci yarımbəndinin "Monitorinq göstəriciləri" sütununda "tərtibi" sözü "Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən təsdiqi" sözləri ilə əvəz edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 fevral 2012-ci il

 

 Azərbaycan.- 2012.- 9 fevral.- S. 2.