Azərbaycan
Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar
sahələrdə əməkdaşlıq üzrə
Dövlət Komissiyasının Azərbaycan Respublikası tərəfindən
yeni tərkibinin təsdiq edilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin:
Komissiyanın həmsədri
Elmar Məmmədyarov - Azərbaycan Respublikasının xarici işlər naziri
Komissiyanın
üzvləri:
Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azər Zeynalov - Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini
Niyazi Səfərov - Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini
Musa Pənahov - Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini
Bəhram Əliyev - Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Ədalət Vəliyev - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini
Cavanşir Axundov - Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri
Səfər Mehdiyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini
Elçin Quliyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
Qüdrət Qurbanov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi
Xoşbəxt Yusifzadə - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti
Vadim Xubanov - Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini
Aydın Bəşirov - Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi
Arif Əsgərov - "Azərbaycan Dövlət Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri
Etibar Pirverdiyev - "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti
2. Bu
sərəncamın 1-ci hissəsində göstərilən
Dövlət Komissiyasına tapşırılsın ki, Azərbaycan
Respublikası ilə İran İslam Respublikası arasında
iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq
əlaqələrini mütəmadi müzakirə edib, bu əlaqələrin
genişləndirilməsi və tənzimlənməsi
üçün müvafiq tədbirləri həyata
keçirsin, əməkdaşlıqda xüsusi əhəmiyyət
kəsb edən məsələləri həll etsin və
görülən işlər barəsində
vaxtaşırı Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın
1-ci hissəsində göstərilən Dövlət
Komissiyasının Azərbaycan Respublikası tərəfindən
yeni tərkibi barədə İran İslam Respublikası tərəfinə
bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 8 fevral
2012-ci il
Azərbaycan.- 2012.-9 fevral.- S. 2.