Türkiyə
Silahlı Qüvvələrinin Baş Qərargah
rəisi Daxili İşlər Nazirliyində
olmuşdur
Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Ramil Usubov fevralın 8-də ölkəmizdə səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Nejdət Özəl ilə görüşmüşdür.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, daxili işlər naziri dost və qardaş ölkənin Silahlı Qüvvələri, daxili işlər orqanları, həmçinin Türkiyə Jandarm Komandanlığı ilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunları arasında mövcud strateji tərəfdaşlıq əlaqələrinin getdikcə inkişaf etdiyini xatırlatmış və bu səfərin əlaqələrimizin inkişafına daha müsbət təsir göstərəcəyinə əminliyini ifadə etmişdir.
Türkiyə Silahlı Qüvvələrinin
Baş Qərargah rəisi ordu
generalı Nejdət Özəl yeni vəzifəsində
ilk səfərinin qardaş
Azərbaycana olduğundan məmnunluğunu
bildirmiş, Silahlı Qüvvələrin
müvafiq qurumları arasındakı
faydalı iş birliyini
yüksək qiymətləndirmiş və bu
əlaqələrin inkişafı üçün
əllərindən gələni bundan sonra da əsirgəməyəcəklərini
qeyd etmişdir.
Azərbaycan.- 2012.- 9 fevral.- S. 2.