«Azərbaycan-Çin
Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq
Komissiyasının Azərbaycan Respublikası tərəfindən
tərkibi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 1876 nömrəli
Sərəncamında dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1.
"Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi
Əməkdaşlıq Komissiyasının Azərbaycan
Respublikası tərəfindən tərkibi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 1876
nömrəli Sərəncamının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 12, maddə 1134)
1-ci hissəsində aşağıdakı dəyişikliklər
edilsin:
1.1.
"Sənan Kərimov - Azərbaycan Respublikası səhiyyə
nazirinin müavini" sözləri "Abbas Vəlibəyov
- Azərbaycan Respublikası səhiyyə nazirinin
müavini" sözləri ilə, "Sabir İlyasov -
"Azərbaycan Hava Yolları" Dövlət Konserninin
baş direktorunun birinci müavini" sözləri "Sabir
İlyasov - "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar
Cəmiyyətinin birinci vitse-prezidenti" sözləri ilə
və "Yaşar Əliyev - Azərbaycan
Respublikasının Çin Xalq Respublikasında Fövqəladə
və Səlahiyyətli səfiri" sözləri "Lətif
Qəndilov - Azərbaycan Respublikasının Çin Xalq
Respublikasında fövqəladə və səlahiyyətli səfiri"
sözləri ilə əvəz edilsin;
1.2.
"İlqar Fətizadə - Azərbaycan Respublikası maliyyə
nazirinin birinci müavini" sözlərindən sonra
"Vaqif Əliyev - Azərbaycan Respublikası mədəniyyət
və turizm nazirinin birinci müavini" sözləri əlavə
edilsin;
1.3. "Teymur Mehdiyev - Azərbaycan
Respublikası mədəniyyət və turizm nazirinin
müavini" sözləri çıxarılsın.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Çin tərəfinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 8 fevral
2012-ci il
Azərbaycan.- 2012.- 12 fevral.- S. 4.