Azərbaycan
ilə Albaniya arasında iki mühüm sənəd
imzalanmışdır
Azərbaycan
Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə
səfərdə olan Albaniya Respublikasının Baş naziri
Sali Berişanın rəhbərlik etdiyi nümayəndə
heyəti ilə görüşmüşdür.
Əvvəlcə hökumət
başçılarının təkbətək
görüşü olmuşdur. Sonra görüş geniş
tərkibdə davam etdirilmişdir.
Baş nazir Artur Rasizadə
albaniyalı həmkarının Azərbaycana səfərinin
ölkələrimiz arasında əməkdaşlığın
genişlənməsi üçün hüquqi bazanın
yaradılması baxımından əhəmiyyətini
vurğulamışdır.
Azərbaycanın sosial-iqtisadi
inkişafı barədə qonaqlara ətraflı məlumat
verən Artur Rasizadə ölkəmizin enerji təhlükəsizliyinin
tam təmin olunduğunu, əhalinin sosial rifahının
yaxşılaşdırılması istiqamətində
mühüm işlərin görüldüyünü diqqətə
çatdırmışdır.
Baş nazir Artur Rasizadə həmçinin
Azərbaycan ilə Albaniya arasında mədəni, iqtisadi,
xüsusilə də, energetika sahələrində əməkdaşlıq
əlaqələrinin yaradılmasının vacibliyini qeyd
etmişdir.
Ölkəmizə ilk səfərindən
məmnunluğunu bildirən Baş nazir Sali Berişa qeyd
etmişdir ki, xalqlarımızın tarixində müəyyən
oxşarlıq vardır. Həm Azərbaycan, həm də
Albaniya sərmayə qoyuluşu sahəsində əməkdaşlığın
qurulması üçün yaxşı imkanlara malikdir.
Albaniyanın Baş naziri
ölkələrimiz arasında iqtisadiyyat, mədəniyyət,
təhsil və elm sahələrində əlaqələrin
qurulmasının vacibliyini vurğulamışdır.
Geniş tərkibdə
görüş başa çatdıqdan sonra Azərbaycan-Albaniya
sənədlərinin imzalanması mərasimi olmuşdur.
"Azərbaycan Respublikası
hökuməti və Albaniya Respublikası Nazirlər
Şurası arasında sərmayələrin təşviqi və
qarşılıqlı qorunması haqqında Saziş" və
"Azərbaycan Respublikasının Sənaye və Energetika
Nazirliyi və Albaniya Respublikasının İqtisadiyyat, Ticarət
və Energetika Nazirliyi arasında sənaye və energetika sahəsində
əməkdaşlıq haqqında Anlaşma Memorandumu"
imzalanmışdır.
Sənədləri Azərbaycan
Respublikasının Baş naziri Artur Rasizadə və Albaniya
Respublikasının Baş naziri Sali Berişa
imzalamışlar.
AzərTAc
Azərbaycan.- 2012.- 10 fevral.- S.2.