Azərbaycanda
az bir vaxtda yoxsulluğun səviyyəsinin çox
aşağı düşməsi görünməmiş nəticədir
"Albaniya Azərbaycanın ərazi
bütövlüyünü və suverenliyini dəstəkləyir
və Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin öz ədalətli həllini
tapacağına inanır". Bu fikirləri dünən Milli
Məclisin Sədri Oqtay Əsədovla görüşdə
Albaniyanın Baş naziri Sali Berişa söyləyib.
Görüşdə Oqtay Əsədov
bildirib ki, Azərbaycan Albaniya ilə əməkdaşlıqda
maraqlıdır və iki ölkə arasında münasibətlərin
bundan sonra daha da inkişaf etdirilməsi üçün əlaqələr
genişlənməlidir. İndiyədək iki ölkə
arasında 2 sənədin imzalandığını söyləyən
spiker gələcəkdə bunun sayının
artacağını da qeyd edib. Azərbaycanın dinamik
inkişaf edən və Avratlantik məkana inteqrasiya olunan
ölkə olduğunu deyən Oqtay Əsədov bununla belə,
ölkəmizin ən ağrılı məsələsi olan
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin hələ də həll
olunmadığını bildirib. Spiker vurğulayıb ki,
münaqişənin həlli ilə bağlı ATƏT-in
Minsk qrupu məşğul olur. Ancaq 20 il ərzində bu
prqoblem həll olunmayıb. BMT, AŞ PA və digər beynəlxalq
təşkilatların Azərbaycan torpaqlarının
işğaldan qeyri-şərtsiz azad olunması ilə
bağlı qətnamələri olsa da, Ermənistan bunlara əməl
etmir. Milli Məclisin Sədri Albaniyanın daim Azərbaycanın
haqlı mövqeyini dəstəklədiyini və bundan sonra da
beynəlxalq təşkilatlarda ölkəmizin yanında
olacağına əminliyini bildirib.
Azərbaycanın son illərdə
qazandığı uğurları, ölkədə gedən
sosial-iqtisadi inkişafı və beynəlxalq aləmdə
nüfuzunun artmasını böyük naliyyət hesab edən
Sali Berişa qeyd edib ki, ölkəmizdə az bir vaxtda
yoxsulluğun səviyyəsinin çox aşağı
düşməsi görünməmiş nəticədir. Onun
sözlərinə görə, Albaniya Azərbaycanla hər
sahədə əməkdaşlığa önəm verir.
"Azərbaycanın nəinki regionda, hətta dünyada
inkişaf edən ölkələrin sırasına
çıxması Prezident İlham Əliyevin
apardığı uğurlu siyasətin nəticəsidir"
- deyən baş nazir Albaniyada neft şirkətlərində
özəlləşdirilməyə
başlanıldığını diqqqətə
çatdırıb və Azərbaycan investorlarının,
şirkətlərinin də bu prosesdə iştirakını
arzulayıb. Baş nazir eyni zamanda, iki ölkə arasında
turizim sahəsində də əməkdaşlığın
inkişaf edə biləcəyinin
mümkünlüyünü dilə gətirib. Ölkələrimiz
arasında əlaqələrin möhkəmlənməsində
yüksək səviyyəli qarşılıqlı səfərlərin
əhəmiyyətini qeyd edən Sali Berişa ümidvar
olduğunu bildirib ki, Oqtay Əsədov yaxın zamanlarda
Albaniyaya səfərə gedəcək və bundan sonra
qarşılıqlı əlaqələr daha da genişlənəcək.
Milli Məclisin Sədri diqqətə
çatdırıb ki, əlaqələr daha sıx olarsa, Azərbaycan
investorları Albaniya ilə əməkdaşlığı
genişləndirər. Dövlət başçıları
və hər iki ölkənin parlamentinin qurduğu münasibətlər
bu əməkdaşlığa dəstək verəcək.
Spiker yaxın zamanlarda Albaniyaya səfər edə biləcəyini
də söyləyib.
Azərbaycan.-
2012.- 10 fevral.- S.2.