Albaniyanın
Baş naziri ümummilli lider Heydər Əliyevin məzarını
və Şəhidlər xiyabanını ziyarət etmişdir
Azərbaycanda səfərdə
olan Albaniya Respublikasının Baş naziri Sali Berişa
fevralın 9-da Fəxri xiyabana gələrək
xalqımızın ümummilli lideri, müasir müstəqil
Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin
xatirəsini ehtiramla yad etmiş, məzarı önünə
əklil qoymuşdur.
Görkəmli oftalmoloq alim,
akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad
olunmuş, məzarı üzərinə tər güllər
düzülmüşdür.
Sonra Şəhidlər
xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi
bütövlüyü uğrunda mübarizədə
canlarından keçmiş qəhrəman Vətən
övladlarının xatirəsi ehtiramla yad edilmiş, məzarları
üstünə tər çiçəklər
düzülmüş, "Əbədi məşəl"
abidəsinin önünə əklil qoyulmuşdur.
Baş nazir Bakının ən
hündür nöqtəsindən Azərbaycan
paytaxtının mənzərəsini seyr etmişdir.
AzərTAc
Azərbaycan.- 2012.- 10 fevral.- S. 2.