“Azərbaycan Respublikası vətəndaşının
şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq
edilməsi haqqında” Azərbaycan
Respublikası Qanununun ləğv edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:
"Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 3, maddə 142; 1999, ¹ 1, maddə 1; 2010, ¹ 5, maddə 386) 2014-cü il yanvarın 1-dən ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
30 dekabr 2011-ci il
Azərbaycan.- 2012.- 10 fevral.- S. 1.