«Azərbaycan
Respublikası hökuməti və Monteneqro
hökuməti arasında sərmayələrin təşviqi
və qarşılıqlı qorunması haqqında» sazişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin
4-cü bəndini rəhbər tutaraq qərara alır:
"Azərbaycan Respublikası hökuməti və
Monteneqro hökuməti arasında sərmayələrin təşviqi
və qarşılıqlı qorunması haqqında"
2011-ci il sentyabrın 16-da Bakı şəhərində imzalanmış
saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 13 dekabr 2011-ci il
Azərbaycan.- 2012.- 10 fevral.- S. 2.