Azərbaycan Respublikası
vətəndaşının şəxsiyyət vəsiqəsinin təsvirinin,
spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
1. "Azərbaycan Respublikası vətəndaşının
şəxsiyyət vəsiqəsinin təsviri" təsdiq
edilsin (Əlavə I).
2. "Azərbaycan Respublikası vətəndaşının
şəxsiyyət vəsiqəsinin spesifikasiyası" təsdiq
edilsin (Əlavə II).
3. "Azərbaycan Respublikası vətəndaşının
şəxsiyyət vəsiqəsinin nümunəsi" təsdiq
edilsin (Əlavə III).
4. Bu fərman 2014-cü il yanvarın 1-dən qüvvəyə
minir.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 7 fevral 2012-ci il
Azərbaycan.-
2012.- 10 fevral.- S.1.