Azərbaycan Respublikası
vətəndaşının şəxsiyyət vəsiqəsinin
TƏSVİRİ
Əlavə I
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il "7" fevral tarixli fərmanı ilə təsdiq
edilmişdir
1. Azərbaycan Respublikası vətəndaşının
şəxsiyyət vəsiqəsi (bundan sonra - vəsiqə) 85,6 mm x 54 mm
ölçülüdür. Vəsiqə Beynəlxalq
Mülki Aviasiya Təşkilatının (İCAO-nun) 9303
nömrəli sənədinə uyğundur.
2. Vəsiqənin üz tərəfinin
sol hissəsində vəsiqə sahibinin 26 mm x 35 mm
ölçüdə fotoşəkli üçün yer nəzərdə
tutulmuşdur. Fotoşəkil Beynəlxalq Mülki Aviasiya Təşkilatının
(İCAO-nun) 9303 nömrəli sənədinin tələblərinə
uyğun olmalıdır. Fotoşəklin altında vəsiqənin
etibarlılıq müddətini və vəsiqə sahibinin
kiçildilmiş təsvirini əks etdirən "Dəyişən
Lazer Təsvir" yerləşdirilir.
3. Vəsiqənin
üz tərəfinin:
3.1.
yuxarı sol küncündə Azərbaycan
Respublikası Dövlət bayrağının rəngli təsviri
verilir, bayrağın təsvirindən sonra "AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞININ
ŞƏXSİYYƏT VƏSİQƏSİ" sözləri,
həmin sözlərin altında "IDENTITY CARD OF THE CITIZEN
OF THE REPUBLIC OF
AZERBAIJAN" sözləri yazılır;
3.2.
orta hissəsində "SOYADI/SURNAME",
"ADI/GIVEN NAME", "ATASININ ADI/ PATRONYMIC",
"CİNSİ/SEX", "DOĞULDUĞU TARİX/DATE OF
BIRTH", "QAN QRUPU/BLOOD GROUP", "VƏSİQƏNİN
NÖMRƏSİ/CARD NO" (iki latın
hərfindən və yeddi rəqəmdən ibarətdir), "FƏRDİ
İDENTİFİKASİYA NÖMRƏSİ/PERSONAL NO",
"ETİBARLILIQ MÜDDƏTİ/DATE OF EXPIRY", "VƏSİQƏ
SAHİBİNİN İMZASI/HOLDER'S SIGNATURE" sözləri
yazılır.
4. Vəsiqənin üz tərəfində
vətəndaşın soyadı, adı və atasının
adı yalnız Azərbaycan Respublikasının dövlət
dilində yazılır, vətəndaşın cinsi isə "kişi"
və "male" və ya
"qadın" və "female"
sözlərinin baş hərfləri
göstərilməklə "K/M" və ya "Q/F" kimi qeyd olunur.
5. Vəsiqənin arxa
tərəfinin:
5.1.
yuxarı hissəsində "Şəxsiyyət vəsiqəsinin
etibarlılıq müddəti bitdikdə, yaxud
vətəndaşın soyadı, adı, atasının
adı dəyişdikdə və ya şəxsiyyət
vəsiqəsi, o cümlədən onun elektron
daşıyıcısı (çip)
yararsız hala düşdükdə, yaxud vəsiqənin üzərindəki məlumatların
səhv olduğu müəyyənləşdirildikdə,
vətəndaş şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi
üçün vəsiqəni verən orqana bir ay
müddətində müraciət etməlidir." sözləri
qeyd olunur;
5.2. orta hissəsinin solunda elektron daşıyıcı (çip),
aşağı hissəsində Beynəlxalq Mülki
Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun olaraq
maşınla oxuna bilən
üçzolaqlı optik nəzarət oxunuşu hissəsi yerləşir.
6.
Şəxsiyyət vəsiqəsinin elektron
daşıyıcısındakı məlumatlar Azərbaycan
Respublikasının dövlət dilində və Beynəlxalq
Mülki Aviasiya Təşkilatının
(İCAO-nun) tələblərinə uyğun olaraq ingilis dilində olmalıdır.
7. Vəsiqədə
Azərbaycan Respublikasının dövlət rəmzləri,
xəritəsi və tarixi abidələri
təsvir olunur.
Azərbaycan.-
2012.- 10 fevral.- S.3.