Azərbaycan Xarici İşlər Nazirliyinin «YouTube» kanalı yaradılmışdır

 

 Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti tərəfindən xarici siyasət idarəsinin "YouTube" (Azerbaijan MFA - Press Service) kanalı yaradılmışdır.

XİN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, "YouTube" kanalının yaradılması ilə tamaşaçılar Azərbaycanın xarici siyasətində baş verən mühüm hadisələri, xarici işlər nazirinin keçirdiyi görüşləri, idarənin bəyanatlarını daim izləyə biləcəklər.

"YouTube" kanalına www.Youtube. com/MFAAzerbaijan link ilə  daxil olmaq mümkündür.

 

 

Azərbaycan.- 2012.- 10 fevral.- S.3.