Azərbaycan
Respublikası Vergilər Nazirliyinin əməkdaşlarına
ali xüsusi rütbələrin
verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin aşağıdakı əməkdaşlarına 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilsin:
Əsədov Asəf Əli oğlu - Azərbaycan Respublikasının vergilər nazirinin müşaviri;
Fətizadə Zaur İntiqam oğlu - Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisi;
Qəmbərov Fəxrədin Siyaş oğlu - Azərbaycan Respublikasının vergilər nazirinin müşaviri;
Məmmədov Habil Amil oğlu - Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin rəisi;
Rəfiyev Mahir Əhmədağa oğlu - Azərbaycan Respublikasının vergilər nazirinin müşaviri.
2. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi Vidadi Qoca oğlu Məmmədova 3-cü dərəcəli dövlət ədliyyə müşaviri xüsusi rütbəsi verilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 fevral
2012-ci il
Azərbaycan.- 2012.- 11 fevral.- S. 4.