Albaniyanın
Baş naziri Sali Berişanın Azərbaycana rəsmi səfəri
başa çatmışdır
Albaniyanın Baş naziri Sali Berişanın Azərbaycan Respublikasına rəsmi səfəri fevralın 10-da başa çatmışdır.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Albaniyanın Baş naziri Sali Berişanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər yola saldılar.
AzərTAc
Azərbaycan.- 2012.-11 fevral.- S. 1.