«Bakı, mən səni sevirəm» kinolayihəsinin ssenariləri təsdiq olunmuşdur

 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən "Bakı, mən səni sevirəm" kinolayihəsinin reallaşdırılmasına hazırlıq prosesləri gedir.  Kinolayihənin mətbuat katibi Şahnaz Abdullayeva AzərTAc-a bildirmişdir ki, artıq layihənin ssenariləri müzakirə edilmiş və təsdiqlənmişdir.

"Bakı, mən səni sevirəm" kinolayihəsinin rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. Prodüserləri Yeqor Konçalovski, Nadir MaçanovAleksey Qolubev olan kinolayihə 10 filmdən ibarətdir. Hər filmin xronometrajı 9 dəqiqədir.

Layihənin rejissorları Nadir Maçanov, Nərgiz Bağırzadə, İlqar Safat, Samir Kərimoğlu, Yavər Rzayev (Azərbaycan), Yeqor Konçalovski, Aleksey Qolubev, Andrey Razenkov (Rusiya), Aleksander Fodor (İngiltərə), Andre Badalodur (İtaliya).  Kinolayihənin ssenari müəllifləri isə Nadir Maçanov, Nərgiz Bağırzadə, İlqar Safat, Samir Kərimoğlu, Yavər Rzayev (Azərbaycan) və Aleksandr Novotoskidir (Rusiya).

Kinolayihənin çəkiliş qrupu fevralın 1-dən Bakıdadır. Çəkilişlərə mart ayında başlanılacaqdır.

 

 

Azərbaycan.- 2012.-11 fevral.- S.  8.