Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında

 

 Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə uyğun olaraq qərara alır:

1. İsmayıllı rayonunun Mican kənd inzibati ərazi dairəsi və onun tərkibindəki Mican, Qəzli və İsmayıllı kəndləri ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılsın.

2. Ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılan Mican kəndinin 1169,54 ha (bundan dövlət mülkiyyətində olan 92,36 ha, bələdiyyə mülkiyyətində olan 195,65 haxüsusi mülkiyyətdə olan  881,53 ha) təşkil edən ərazisi, Qəzli kəndinin 481,72 ha (bundan dövlət mülkiyyətində olan 20,42 ha, bələdiyyə mülkiyyətində olan 243,22 haxüsusi mülkiyyətdə olan 218,08 ha) təşkil edən ərazisi və İsmayıllı kəndinin 2063,52 ha (bundan dövlət mülkiyyətində olan 215,0 ha, bələdiyyə mülkiyyətində olan 556,13 haxüsusi mülkiyyətdə olan 1292,39 ha) təşkil edən ərazisi bu qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq, İsmayıllı şəhər inzibati ərazi dairəsi tərkibindəki İsmayıllı şəhərinin inzibati ərazisinə birləşdirilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 dekabr 2011-ci il

 

Azərbaycan.- 2012.-12 fevral.- S. 1.