Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci
bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinə (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 4, II kitab,
maddə 251, ¹ 5, maddə 323, ¹ 12, maddə 835; 2001-ci il, ¹ 1,
maddə 24, ¹ 7, maddə 455; 2002-ci il, ¹ 1, maddə 9, ¹ 5, maddələr
236, 248, 258, ¹ 6, maddə 326, ¹ 8, maddə 465; 2003-cü il, ¹ 6,
maddələr 276, 279, ¹ 8, maddələr 424, 425, ¹ 12, I kitab,
maddə 676; 2004-cü il, ¹ 1, maddə 10, ¹ 4, maddə 200, ¹ 5,
maddə 321, ¹ 8, maddə 598, ¹ 10, maddə 762, ¹ 11, maddə
900; 2005-ci il, ¹ 1, maddə 3, ¹ 6, maddə 462, ¹ 7, maddə 575, ¹
10, maddə 904, ¹ 11, maddə 994; 2006-cı il, ¹ 2, maddələr
71, 72, 75, ¹ 5, maddə 390, ¹ 12, maddələr 1008, 1020, 1028;
2007-ci il, ¹ 2, maddə 68, ¹ 5, maddə 398, ¹ 6, maddələr
560, 562, 579, ¹ 8, maddə 757, ¹ 10, maddələr 937, 941, ¹ 11,
maddələr 1049, 1080, 1090, ¹ 12, maddə 1221; 2008-ci il, ¹ 6,
maddələr 454, 461, ¹ 7, maddə 602, ¹ 10, maddə 884, ¹ 12,
maddələr 1047, 1049; 2009-cu il, ¹ 5, maddə 315, ¹ 7, maddə
517, ¹ 12, maddə 953; 2010-cu il, ¹ 2, maddə 70, ¹ 3, maddələr
171, 178, ¹ 4, maddələr 275, 276, ¹ 7, maddə 591; 2011-ci il, ¹
4, maddə 253, ¹ 6, maddələr 472, ¹ 7, maddələr 587,
601, 621) aşağıdakı məzmunda 176-1-ci maddə əlavə
edilsin:
“Maddə
176-1. Qadını nikaha daxil olmağa məcbur etmə
176-1.1.
Qadını nikaha daxil olmağa məcbur etmə -
iki
min manatdan üç min manatadək miqdarda cərimə və
ya iki ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
176-1.2.
Eyni əməllər nikah yaşına çatmayan şəxs
barəsində törədildikdə -
üç
min manatdan dörd min manatadək miqdarda cərimə və ya
dörd ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.”.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 15 noyabr
2011-ci il.
Azərbaycan.- 2012.-12 fevral.- S. 2.