“Bələdiyyələrin
əraziləri və torpaqları haqqında” Azərbaycan
Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin
siyahısı”nda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə
uyğun olaraq qərara alır :
“Bələdiyyələrin
əraziləri və torpaqları haqqında” Azərbaycan
Respublikasının Qanununa (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1999-cu il, № 12, maddə 689; 2001-ci il, № 11,
maddə 677; 2002-ci il, № 5, maddə 237; 2003-cü il, № 6, maddə
273, № 8, maddə 419; 2004-cü il, № 7, maddə 522, № 10, maddə
784, № 12, maddələr 982, 987; 2005-ci il, № 4, maddə 283, № 10,
maddə 884; 2007-ci il, № 3, maddə 212, № 11, maddə 1051; 2008-ci
il, № 5, maddələr 346, 347, № 8, maddə 708, № 11, maddə
959; 2009-cu il, № 4, maddə 214, № 7, maddələr 503, 511, № 10,
maddə 770, № 12, maddə 963; 2010-cu il, № 7, maddə 605, № 11,
maddələr 942, 943, 961; 2011-ci il, № 3, maddə 166, № 7, maddə
613) əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin
siyahısı”nın 27-ci sırasında verilmiş
“Xaçmaz rayonu” bölməsində aşağıdakı
dəyişikliklər edilsin:
1.
27.15-ci sırada “Ağçay,” sözündən sonra
“İlxıçı,” sözü əlavə edilsin;
2.
27.31-ci sırada “İlxıçı,” sözü
çıxarılsın;
3.
27.40-cı sırada “Üçgünqışlaq”
sözündən sonra “, Üryanoba” sözü əlavə
edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 13 dekabr
2011-ci il.
Azərbaycan.- 2012.-12 fevral.- S. 2.