Azərbaycan Respublikası Prezidentinin və Qazaxıstan Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikası Prezidentinin və Qazaxıstan Respublikası Prezidentinin 2011-ci il oktyabrın 20-də Almatı şəhərində imzalanmış Birgə Bəyannaməsi təsdiq edilsin.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2011-ci il      

 

Azərbaycan.- 2012.- 12 fevral.- S. 3.