Azərbaycan
Respublikası Hökuməti və Qazaxıstan Respublikası
Hökuməti arasında dəniz ticarət gəmiçiliyi
sahəsində əməkdaşlıq haqqında» Sazişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
"Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında dəniz ticarət gəmiçiliyi sahəsində əməkdaşlıq haqqında" 2011-ci il oktyabrın 20-də Almatı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 30 dekabr
2011-ci il
Azərbaycan.- 2012.-12 fevral.- S. 3.