«Azərbaycan
Respublikası ilə Qırğız Respublikası
arasında iqtisadi və humanitar
sahələrdə əməkdaşlıq üzrə birgə
hökumətlərarası komissiyanın Azərbaycan
Respublikası tərəfindən tərkibi haqqında» Azərbaycan
Respublikası Prezidentinin 2008-ci il 22 may tarixli
2833 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 may tarixli 2833 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 5, maddə 422) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. "Sənan Kərimov - Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini" sözləri "Abbas Vəlibəyov - Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini" sözləri ilə əvəz edilsin;
1.2. "Rəfael Mirzəyev - Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin birinci müavini" sözlərindən sonra "Vaqif Əliyev - Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin birinci müavini" sözləri əlavə edilsin;
1.3. "Teymur Mehdiyev - Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini" sözləri çıxarılsın.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Qırğız Respublikası tərəfinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 8 fevral
2012-ci il
Azərbaycan.- 2012.-12 fevral.- S. 3.