«Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 fevral tarixli 718 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. "Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 fevral tarixli 718 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 2, maddə 99, ¹ 9, maddə 773) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. "Teymur Mehdiyev - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini" sözləri "Ədalət Vəliyev - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin  müavini" sözləri ilə, "Elmar Qasımov - Azərbaycan Respublikası təhsil nazirinin müavini" sözləri "Qulu Novruzov - Azərbaycan Respublikası təhsil nazirinin müavini" sözləri ilə və "Aftandil Babayev - Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti sədrinin müavini" sözləri "Avtandil Babayev - Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini" sözləri ilə əvəz edilsin;

1.2. "Səfər Mehdiyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini" sözlərindən sonra "Qüdrət Qurbanov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi" sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Küveyt Dövləti tərəfinə bildiriş göndərsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 fevral 2012-ci il

 

Azərbaycan.- 2012.-12 fevral.- S.  3.