«Azərbaycan Respublikası ilə Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsi arasında Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli 57 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. "Azərbaycan Respublikası ilə Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsi arasında Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli 57 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 11, maddə 1016; 2010, ¹ 9, maddə 773) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. "Elmar Qasımov - Azərbaycan Respublikası təhsil nazirinin müavini" sözləri "Qulu Novruzov - Azərbaycan Respublikası təhsil nazirinin müavini" sözləri ilə və "Anar Kərimov - Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Xarici iqtisadi əlaqələr şöbəsinin müdiri" sözləri "Bəxtiyar Alışov - Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Xarici ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin müdiri" sözləri ilə əvəz edilsin;

1.2. "İsmayıl İsmayılov - Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini" sözlərindən sonra "Qüdrət Qurbanov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi" sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi barədə Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsi tərəfinə bildiriş göndərsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 fevral 2012-ci il

 

Azərbaycan.- 2012.-12 fevral.- S.  3.