«Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 sentyabr tarixli 1680 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə

 

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. "Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 sentyabr tarixli 1680 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 9, maddə 782; 2009, ¹ 1, maddə 17, ¹ 7, maddə 589) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. "Emil Kərimov - Azərbaycan Respublikasının İtaliya Respublikasındakı fövqəladə və səlahiyyətli  səfiri" sözləri "Vaqif Sadıqov - Azərbaycan Respublikasının İtaliya Respublikasında fövqəladə və səlahiyyətli  səfiri" sözləri ilə və "Elmar Qasımov - Azərbaycan Respublikasının təhsil nazirinin müavini" sözləri "Qulu Novruzov - Azərbaycan Respublikasının təhsil nazirinin müavini" sözləri ilə əvəz edilsin;

 1.2. "Nigar Əliyeva - Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini" sözlərindən sonra "Qüdrət Qurbanov - Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəisi" sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın  1-ci hissəsində göstərilən Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə İtaliya Respublikası tərəfinə bildiriş göndərsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 fevral 2012-ci il

 

Azərbaycan.- 2012.- 12 fevral.- S. 4.