Azərbaycan
Respublikası və Polşa
Respublikası arasında iqtisadi əməkdaşlıq
üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan
Respublikası tərəfindən yeni tərkibinin
təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 mart tarixli 196 nömrəli
Sərəncamında dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 mart tarixli 196 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 3, maddə 177; 2010, ¹ 2, maddə 80, ¹ 9, maddə 773) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. "Teymur Mehdiyev - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini" sözləri "Sevda Məmmədəliyeva - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini" sözləri ilə və "Avtandil Babayev - Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti sədrinin müavini" sözləri "Avtandil Babayev - Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini" sözləri ilə əvəz edilsin;
1.2. "Nigar Əliyeva - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini" sözlərindən sonra "Qüdrət Qurbanov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi" sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi barədə Polşa Respublikası tərəfinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 8 fevral
2012-ci il
Azərbaycan.- 2012.- 12 fevral.- S. 4.